2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi () — 14-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2016-ci il tarixində "Embrace" () devizi altında Maltanın paytaxtı Valletta şəhərində keçiriləcəkdir. Bu Maltanın müsabiqəyə ikinci (2014) ev sahibliyidir.

28 sentyabr 2016-cı il tarixdə Avropa Yayım İttifaqı 17 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İsrail 3 illik, Kipr 1 illik, Polşa isə 11 illik fasilədən sonra müsabiqəyə qayıdır. 2015-ci ildə müsabiqədə iştirak etmiş Monteneqro, San-Marino və Sloveniya isə 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.

Vallettada keçirilən 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mzeo" mahnısı ilə Gürcüstan təmsilçisi Mariam Mamadaşvili qalib gəlib. Bu Gürcüstanın müsabiqədə üçüncü (2008, 2011) qalibiyyəti oldu.

Format

2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün keçirilən mətbuat konfransında Təşkilatçı Qurum 2016-cı ildə müsabiqənin səsvermə formatında böyük dəyişikliklər ediləcəyini bildirmişdir. Səsvermə proseduru artıq ötən illərdəki kimi 50% münsif səsverməsi və 50% SMS səsverməsi deyil, yalnız peşəkar münsif və gənc münsiflər heyətinin qərarı ilə nəticələr müəyyənləşdiriləcək. Bu müsabiqədə ilk dəfədir ki, SMS səsverməsi istifadə olunmayacaq.

İştirakçılar

thumb|250px|JESC 2016 Map|İştirakçı ölkələrin xəritəsi

№ Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 İrlandca Zena Donnelli "Bríce ar Bhríce" Kərpic üstünə Kərpic 10 122 02 Ermənicə, İngiliscə Anahit və Meri "Tarber" (Տարբեր) Fərqli 2 232 03 Albanca, İngiliscə Klesta Kehaya "Besoj" İnanıram 13 38 04 Rusca, İngiliscə Water of Life Project "Water of Life" Həyat suyu 4 202 05 (ev sahibi) İngiliscə Kristina Maqrin "Parachute" Paraşüt 6 191 06 Bolqarca, İngiliscə Lidiya Qaneva "Magical Day (Valsheben den)" (Вълшебен ден) Sehirli gün 9 161 07 Makedonca, İngiliscə Martiya Stanoykoviç "Love will Lead Our Way (Ljubovta ne vodi)" (Љубовта не води) Sevgi bizim yolumuzda irəlidə olacaq 12 41 08 Polyakca, İngiliscə Olivia Veçorek "Nie Zapomnij" Unutma 11 60 09 Rusca, İngiliscə Aleksandr Minyonok "Muzyka moikh pobed (Music is my only way)" (Музыка моих побед) Qələbələrimin musiqisi (Musiqi mənim tək yolumdur) 7 177 10 Ukraynca, İngiliscə Sofiya Rol "Planet Craves For Love" Planet sevgi üçün yalvarır 14 30 11 İtalyanca, İngiliscə Fiamma Boçça "Cara Mamma - Dear Mom" Əziz Ana 3 209 12 Serbcə Dunya Yeliçiç "U La La La" (У Ла Ла Ла) U La La La 17 14 13 İvritcə, İngiliscə Şir və Tim "Follow My Heart" Qəlbimi izlə 15 27 14 İngiliscə Aleksa Kyortis "We Are" Biz 5 202 15 Niderlandca, İngiliscə Kisses "Kisses and Dancin'" Öpüşlər və Rəqs 8 174 16 Yunanca, İngiliscə Yorğos Mixailidis "Dance Floor" Rəqs döşəməsi 16 27 17 Gürcücə Mariam Mamadaşvili "Mzeo" (მზეო) Günəş 1 239

Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi

Xarici keçidlər JuniorEurovision.tv

Kateqoriya:Avroviziya Uşaq Mahnı Müsabiqəsi Kateqoriya:2016-cı ildə musiqi Kateqoriya:2016-cı ildə Malta