Hadisələr 12 may - Rusiya ordusu tərəfindən Neva çayının mənsəbində yerləşən İsveç qalası olan Nienşants qalasının ələ keçirilməsi. 16 may - Portuqaliya ilə Böyük Britaniya arasında "əbədi ittifaq" haqqında Lissabon müqaviləsinin imzalanması. 22 may - Lissabon (Portuqaliya) yaxınlığında fransız ordusunun duzla yüklənmiş 100 gəmidən ibarət Hollandiya eskadrasına hücum etməsi. 26 may - Portuqaliyanın Böyük İttifaqa qoşulması. 27 may - Sankt-Peterburq şəhərinin əsasının qoyulması. 8 avqust - "Vyana qəzeti"nin ilk nömrəsinin çap olunması. 12 sentyabr - İngiltərə ordusunun fransızlara və ispanlara qarşı müdafiənin gücləndirilməsi məqsədilə Portuqaliya ərazisinə çıxarılması. 30 dekabr - Osmanlı dövlətində (1299-1922) III Əhmədin (1703-1730) hakimiyyətə gəlməsi. Rusiyada "Vedomosti" adlı qəzetin ilk nömrəsinin nəşr olunması. İngiltərədə Bukinhem sarayının tikintisinə başlanması. Vyanada Dövlət Bankının əsasının qoyulması. İsaak Nyutonun Kral Elmi Cəmiyyətinin sədri seçilməsi.

Doğumlar

Ölümlər 11 yanvar - İohann Georq Qrevius - alman klassik filoloqu və mətn tənqidçisi. 3 mart - Robert Huk - ingilis fiziki. 31 mart - İohann Kristof Bax - alman bəstəkarı. 16 may - Şarl Perro - fransız yazıçısı. 26 may - Samuel Papyüs - ingilis yazıçısı. 22 sentyabr - Vinçenso Viviani - riyaziyyatçı və fizik. 28 oktyabr - Con Vallis - ingilis riyaziyyatçısı.