200px|thumb 200px|thumb thumb|200px|Muxtar Əvəzovun ev muzeyi
Muxtar Omarhan oğlu Əvəzov ( , ; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir.
Həyat və fəaliyyəti Qazaxıstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir.Mukhtar Auezov. The path of Abai. //Republic of Kazakhstan, Almaty: "Zhazushy",2009. — pages 366-374. — ISBN 978-601-200-198-3. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir.
О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır. Çoxsaylı pyeslər (“Enlik və Kebek”, “El ağası”, “Baybişə və tokal”, “Ayman-Şolpan”, “Sərhəddə”, “Xan Kenə”, “Ağ ağcaqayın”, “Oktyabr uğrunda”, “Abay” – L.Sobolevlə birlikdə və s.), hekayələr və povestlər (“Fırtına”, “Yetim nəsibi”, “Oxumuş vətəndaş”, “Çöl hekayələri”, “Evlənmə”, “Yaslı gözəl”, “Qanlı gecə”, “Karaş-karaşda olay” – Aşırımda atəş”, “Barımta”, “Gənc nəsil” və s. müəllifidir.
M.Auezov S.Vurğun, M.Hüseyn, M.İbrahimov kimi sənətkarlarla dost olmuş, qarşılıqlı ədəbi-mədəni əlaqələrin daha da güclənməsinə səy göstərmişlər. 1977-ci ildə Qazaxıstanda, keçmiş SSRİ-də, o cümlədən, Azərbaycanda Muxtar Auezovun anadan olmasının 80 illik yubileyi böyük təntənə ilə qeyd olundu. “Abay” romanı Bütün həyatı boyunca ən çox təsirləndiyi adam Abay Kunanbayev olmuşdur. Ən məşhur əsəri onun haqqındakı " Abay yolu " adlı dörd cildlik dastan romanıdır.Yazıçının “Abay” romanını tədqiqatçılar haqlı olaraq “qazax xalqının həyatının ensiklopediyası” adlandırırlar. Türk xalqları ədəbiyyatının mahir bilicilərindən, ardıcıl tərcüməçilərindən və tədqiqatçılarından olan şair də qazax ədibinin həyatını işıqlandırmadan onun yaradıcılığının, xüsusən də “Abay” romanının səciyyəvi cəhətlərinin müəyyənləşdirilməsinə önəm vermişdir. İstinadlar
Ədəbiyyat
Kateqoriya:Muxtar Auezov Kateqoriya:Qazaxıstan dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Qazaxıstan şairləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Qazaxıstan yazıçıları