Çubuxçu () — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 24 km məsafədə, Araz çayının yaxınlığında, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.288.

Toponim çubuxlu türk etnonimininMəmmədov H. "Dəftəri — müfəssəli əyaləti Tiflis"də yer adları. — Azərbaycan filologiya məsələləri, II bur., Bakı, "Elm", 1984. s.160 fonetik forması olan çubuxçu tayfa adı əsasında əmələ gəlmişdir. -lı şəkilçisi ilə -çı şəkilçisi sinonim şəkilçilərdir (dağlı-dağçı, kəndli-kəndçi və s.).

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib, Vardanaşen (Vardan kəndi) qoyulmuşdur.

Əhalisi

İstinadlar

Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri