Nazim Mehdi oğlu İsmayılov () — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Həyatı Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.Ailəlidir, 3 övladı, 6 nəvəsi vardır.
Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2012-ci il tarixli Sərəncamı
1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor 1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri. 1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri. 1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi. 1990–1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini. 1991–1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini. 1992–1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini. 1994–2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini. 2001–2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı., 2006–2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı 2011–2019-cu illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı. 2019–2020-ci illərdə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Təltifləri 50px (12 iyul 2012) — "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni (27 may 2019) — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (02 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
İstinadlar
Kateqoriya:Sabirabad Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Şamaxı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Göyçay Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Saatlı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Göyçay Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycanın yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləri