Din Kort () — İngiltərənin Dorset qraflığının, Bornmut şəhərində yerləşən futbol stadionu. 11.464 tamaşaçı tutumuna malik stadionda yerli "Bornmut" futbol klubu ev oyunlarını keçirir. Stadion əvvəllər "Faytness Fyost" adı ilə tanınırdı, lakin 2011-ci ilin iyulunda, stadionu adlandırmaq hüququnun "Syuard Mühərrik Qrup"una satılmasından sonra, stadionun adı dəyişdirilərək "Syuard" adlandırılıb. 2012-ci ilin fevralında, stadion iki il müddətinə "Qoldsends" adlandırılıb. Hazırda sponsor müqaviləsinə görə Vitaliti Stadionu () kimi tanınır.

Tarixi "Din Kort" 1910-cu ildə futbol klubuna stadion tikmək üçün torpaq sahəsi bağışlayan, Din Kort ailəsinin şərəfinə adlandırılıb. Stadionun tribunalarından biri 1924-cü ildə "Uembli" sərgisi üçün istifadə olunub. Stadionda rekord tamaşaçı sayı, 1957-ci ildə, İngiltərə Kuboku çərçivəsində "Mançester Yunayted"ə qarşı oynanılan görüşdə qeydə alınıb, bu oyunu canlı olaraq stadiondan 28.799 tamaşaçı izləyib.

Stadion 2001-ci ildə tamamilə yenidən qurulub və yeni üç tribuna tikilib. Klub, 2005-ci ilin dekabrında qayıdan lizinq üzrə stadionu "Structadene" şirkətinə satıb. 2010-cu ilin aprel ayında stadionun şimal tribunası, "Bornmut" klubunda keçirdiyi oyun sayına görə rekordçu olan Stiv Fletçerin şərəfinə adlandırılıb.Cherries: Fletch so proud of stand honour

Stadion, tez-tez konsert meydançası kimi istifadə olunur. 2006-cı ildə stadionda Elton Conun konserti təşkil olunmuşdur. 2013-cü ildə İngiltərənin əsas və 16 yaşadək qadınlardan ibarət milli futbol komandaları oyunlarını bu stadionda keçirib.

İstinadlar

Xarici keçidlər

Premierleague.com saytında Footballgroundguide.com saytında Stadiumdb.com saytında

Kateqoriya:İngiltərə stadionları Kateqoriya:İngiltərə futbol stadionları Kateqoriya:XX əsr memarlığı Kateqoriya:1910-cu ildə yarananlar Kateqoriya:Bornmut FK