Rəna Qasımova Tofiq qızı — texnika üzrə fəlsəfə doktoru, dosent, AMEA Rəyasət Heyəti aparatının Elmi Tədqiqatların Koordinasiyası şöbəsinin müdiri, AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi.
Həyatı 1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini bitirmişdir.
1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyasi steminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir.
Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çox ölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmiş və paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır.
Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının yaradılmasının elmi-nəzəri əsaslarının işlənməsi mövzusu üzərində elmi araşdırmalar aparmış və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur və 2018-ci ildə dosent elmi adını almışdır.
Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparmışdır. Böyük verilənlərin real-vaxt ərzində emalı, analizi və idarə edilməsi prosesində problemləri tədqiq etmişdir. Big Data analizi prosesində gizli qanunauyğunluqların, naməlum korrelyasiyaların aşkarlanmasında mövcud olan problemləri təhlil etmiş və onların həlli üçün bəzi tövsiyələr vermişdir.
Rəqəmsal irsin (Rİ) formalaşması və yadda saxlanmasında mövcud problemləri tədqiq edir. Rİ-in texnoloji, texniki, itmə təhlükəsi, əlçatanlıq, təhlükəsizlik, hüquqi və s. problemlərini araşdırmışdır. Rİ obyektlərinin yadda saxlanmasında istifadə olunan metodları təhlil edərək Azərbaycanda milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması üzrə bir sıra təklif və tövsiyələr işləmışdir. Böyük həcmli verilənlərdə axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan metod (Neural Foresting) təklif etmişdir. Hazırda Milli intellektual potensialın qiymətləndirilməsi məsələlərini tədqiq edir.
“İnternetdə domen problemləri və onların həlli yolları” kitabının və “Rəqəmsal irs: problemlər və perspektivlər” adlı ekspress-informasiyanın müəllifidir.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 70, beynəlxalq elmi mətbuatda dərc edilmiş əsərlərin sayı 35-dir.
Ailəlidir: 1 qızı və 1 oğlu var.
Elmi fəaliyyəti Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının yaradılmasının elmi- nəzəri əsaslarının işlənməsi mövzusu üzərində elmi araşdırmalar aparmış və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə "Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 70-ə yaxın elmi əsərin müəllifidir. Əsərlərinin 30-dan çoxu xaricdə, bir neçəsi isə yüksək impakt faktorlu beynəlxalq jurnallarda nəşr olunmuşdur.
Tədqiqat maraqları Data mining; big data analitika; klasterləşdirmə; təsnifatlandırma; sosial şəbəkələrin analizi; elektron dövlətin analizi; rəqəmsal irsin saxlanması problemləri; axtarış alqoritmlərinin analizi; emoqrafik verilənlərin intellektual analizi; milli intellektual potensialın qiymətləndirilməsi məsələləri və s.
Əsas elmi nailiyyətlər Müxtəlif təyinatlı korporativ informasiya sistemləri ("Auditorlar Palatası" verilənlər bazası idarəetmə sistemi (VBİS), "Kadrlar" korporativ informasiyasi stemi və s.) işlənmişdir. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. Domen adlarının qeydiyyat verilənlərinə tətbiqi zamanı sistemin işinin səmərəliyini artıran, insan əməyini yüngülləşdirən intellektual analiz blokundan təşkil olunmuş milli domen adlarının intellektual monitorinqi sisteminin konseptual modeli işlənmişdir. Verilənlər xəzinəsinin qurulması zamanı domen adlarının qeydiyyat verilənlərinin ilkin emalı üçün alqoritm işlənmişdir. Qeydiyyat verilənlərinin təmizlənməsi məsələsində domen adlarının qeydiyyat verilənlərinin identifikasiyası üçün metod işlənmişdir. Domen adlarının qeydiyyat verilənlərindən faydalı, lazım olan biliklərin əldə olunması məqsədi ilə qeydiyyat verilənlərinin intellektual analizi üçün metod işlənmişdir. Azərbaycan Respublikasının maraqları ilə bağlı milli domen adlarının intellektual monitorinqi sistemi yaradılmışdır. Böyük həcmli verilənlər toplusundan biliklərin əldə olunması problemi istiqamətində "Biq data" texnologioyaları tədqiq olunmuşdur. Big Data analizi prosesində gizli qanunauyğunluqların, naməlum korrelyasiyaların aşkarlanmasında mövcud olan problemlər təhlil edilmiş və onların həlli üçün bəzi tövsiyələr verilmişdir. Rəqəmsal irsin (Rİ) formalaşması və yadda saxlanmasında mövcud problemlər tədqiq edilmişdir. Rİ obyektlərinin yadda saxlanmasında istifadə olunan metodlar təhlil edilərək Azərbaycanda milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması üzrə bir sıra təklif və tövsiyələr işləmişdir. Böyük həcmli verilənlərdə axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan metod (Neural Foresting) təklif olunmuşdur.
Elmi əsərlərinin biblioqrafiyası Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 65, beynəlxalq elmi mətbuatda dərc edilmiş əsərlərin sayı 36-dırhttps://www.researchgate.net/profile/Rena_Gasimova.
Kitablar Qasımova R.T. İnternetdə domen problemləri və həlli yolları, Bakı: "İnformasiya texnologiyaları" nəşriyyatı, 2012, 165 səh. — ISBN 978-9952-434-42-2 Qasımova R.T. Rəqəmsal irs: problemlər və perspektivlər, Ekspress-informa-siya, Bakı: "İnformasiya Texnologiyaları" nəşriyatı, 2018. İnformasiya cəmiyyəti seriyası, 148 səh.
Elmi məqalələr Qasımova R.T., Microsoft ACCESS verilənlər bazasının mühafizəsi // Mahmudova Ş.C., Ələkbərova I.Y.,Fizika, riyaziyyat və informatika tədrisi. Elmi-nəzəri və metodik məçmuə 2003, № 4, səh.35–38. Касумова Р.Т., Опыт создания корпоративной информационной системы "КАДРЫ" / Материалы Международной научно-технической конференции "Информационные технологии и системы: новые информационные технологии в науке, образовании, экономике (НИТНОЭ)" Россия, Владикавказ, 22–25 октября 2003, Том 2. стр. 36–39. Касумова Р.Т., Основы принципы создания корпоративной информационной системы "Кадры"/ Махмудова Ш.Д., Алекперова И.Я., Известия, Национальной Академии Наук Азербайджана. Сер. Информатика и проблемы управления. Баку, "Элм", 2003, №3,Том XVIII, стр. 157–161. Касумова Р.Т., Основные принципы создания корпоративной информационной системы "Кадры"/ Махмудова Ш.Д., Алекперова И.Я., Материалы Тезисы докладов V Всероссийской школы-семинара "Прикладные проблемы управления макросистемами" Апатиты, 5–9 апреля 2004, стр. 101–104. Касумова Р.Т., Многомерная модель данных в MS SQL SERVER 2000 / Алгулиев Р.М., Алекперова И.Я. IX Международная научная конференция "Теория и техника передачи, приема и обработки информации", Украина, ХНУРЭ, Туапсе, 2004, стр. 28–29. Qasımova R.T., "Kadrlar" Korporativ informasiya sisteminin Microsoft SQL Server -ə kecirilməsi // Ələkbərova I.Y.,"İnformasiyalaşdırma, Kibernetika və İnformasiya Texnologiyalarının müasir problemləri " II Respublika elmi konfransının əsərləri. Bakı, 26–28 oktyabr 2004, I çild səh.151–154. Qasımova R.T., Audit informasiya sisteminin yaradılması və tətbiqi məsələləri // Ələkbərova I.Y., Ağayev F.T., İqtisadiyyat və audit, №8, 2005, səh. 42–45. Qasımova R.T., Audit informasiya sisteminin yaradılması və tətbiqi məsələləri // Ələkbərova I.Y., Ağayev F.T., Fizika, riyaziyyat və informatika tədrisi. Elmi-nəzəri və metodik məçmuə 2005, № 4, səh.35–38. Qasımova R.T., III Minilliyin ideologiyası informasiya cəmiyyətinin qurulmasıdır // Ələkbərova I.Y., ITMagazine, 2005, səh. №7, səh. 28–29. Qasımova R.T., Qərarların qəbul edilməsini dəstəkləyən müasir konsepsiyalar haqqında / Əliquliyev R.M., Ələkbərova İ.Y., AMEA Xəbərləri. Fizika-riyaziyyat və texnika elmləri seriyası. Bakı, 2005, №2 cild XXV, səh. 70–74. Касумова Р.Т., Система многомерного анализа корпоративных данных / Алгулиев Р.М., Алекперова И.Я. Материалы Третьей Международной научно-практической конференции "Теория, методы проектирования, программно-техническая платформа корпоративных информационных систем" г. Новочеркасск, 20 май 2005, стр. 45–47. Касумова Р. Т., Об одном подходе выполнения сложных запросов на основе технологии OLAP // Алгулиев, Р. М., Алекперова И. Я., "Информационные технологии моделирования и управления", Воронеж, 2006, выпуск 6 (31), стр. 728–731. Касумова Р. Т., Выполнение сложных запросов в многомерных аналитических системах / Алгулиев, Р. М., Алекперова И. Я., Материалы Четвертой Международной научно-практической конференции "Теория, методы проектирования, программно-техническая платформа корпоративных информационных систем" г. Новочеркасск, 26 май 2006, cтр 58–59. Qasımova R.T, Qlobal informasiya cəmiyyəti / Ələkbərova I.Y., Rabitə dünyası, 2006, № 15(500). Qasımova R.T., Çoxölçülü analitik sistemlərdə mürəkkəb sorğuların yerinə yetirilməsi / Əliquliyev R.M., Ələkbərova İ.Y., "Kibernetika və informatika problemləri" Beynəlxalq elmi konfransı, 24–26 oktyabr 2006, səh.71–72. Qasımova R.T., İnformasiya cəmiyyəti və müasir təhsil / Ələkbərova I.Y.,Yeni Təfəkkür qəzeti, 22 fevral 2007, 1 mart 2007, 16 mart 2007. Qasımova R.T., İnformasiya cəmiyyətinin iqtisadi inkişafa təsiri // Ələkbərova I.Y., İT Magazine, fevral 2007səh, 22–23. Касумова Р.Т.Совершенствование форм и методов обучения посредством использования компьютерного учебно-методического комплекса // Алекперова И.Я., Журнал Телекоммуникации и информатизация образования, г. Москва, 2007, №4, с. 54–58. http://www.edit.muh.ru Qasımova R.T., Vikipediya və onun imkanları // Əliquliyev R.M., Qasımova R.T., Azərbaycan Məktəbi jurnalı, Noyabr-dekabr 2007 6(622), səh. 9–22. Qasımova R.T., İnternetdə kollektiv bilik və viki texnologiyasi // Əliquliyev R.M., Ələkbərova I.Y., İT Maqazin, Bakı, 2008, 02(53), səh. 5–7. Qasımova R.T., Milli İnternet resurslarımızı artırmaq lazımdır // Ələkbərova I.Y. // Biznes dünyası, 2008. Qasımova R.T., Vikipediya virtual ensiklopediyası və təhsil sistemində yeni münasibətlər / Əliquliyev R.M., Ələkbərova I.Y., 2008. Qasımova R.T., Vikipediya kollektiv bilik mənbəyidir / Ələkbərova I.Y., Yeni təfəkkür, №23(107), 2008, səh.3. Касумова Р.Т., Учебный инновационный центр в образовательном пространстве / Алекперова И.Я., Шестая международная конференция "Интернет — Образование — Наука −2008". г.Винница, Украина, 2008, Том 1, c. 93–94. Касумова Р.Т., Коллективное знание в Интернете / Алгулиев Р.М., Алекперова И.Я., Шестая международная конференция "Интернет — Образование — Наука −2008". г.Винница, Украина, 2008, Том 1, cтр. 5–7. Qasımova R.T., Qadınlar və İnternet // Ələkbərova I.Y., Gözəllik dünyası, Bakı, aprel, 2009, səh. 76–80. Qasımova R.T., Milli İnternet resurslarımızı artırmaq lazımdır // Biznes dünyası, Bakı, dekabr 2008, səh. 22–24, fevral 2009, səh. 22–25.