Müasir incəsənət''' () — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" () və "Müasir İncəsənət Muzeyi" () adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir.
Əhatə dairəsi
230px|thumbnail|right|Faiq Əhməd - Ənənəvi Azərbaycan xalçası müasir təqdimatda Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir.
Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır. Londonda Müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə tənqidçi Rocer Fray tərəfindən, ictimai muzeylərin yerinə sənət əsərlərini alan şəxsi cəmiyyət kimi qoyulmuşdur.Fry Roger, Ed. Craufurd D. Goodwin, Art and the Market: Roger Fry on Commerce in Art, 1999, University of Michigan Press, ISBN 0472109022, 9780472109029, google books 1930-cu illərdə bu termindən istifadə edən, əsası 1938-ci ildə Avstraliyanın Adelaida şəhərində qoyulmuş Müasir İncəsənət Cəmiyyəti kimihəmçinin 1939-1940-cı illərdə yaradılmış Monreal Müasir İncəsənət Cəmiyyəti bir çox institutlar yaradılmış, 1945-ci ildən sonra isə onların sayı daha da artmağa başlamışdır.Smith, 257–258 Bostondakı Müasir İncəsənət institutu kimi bir çox institutlar əvvəllər adlarında istifadə etdikləri “Modern incəsənət” sözündən imtina etməli olmuşlar, Modernizm tarixi bir hərakata çevrilmiş, bir çox modern əsərləri isə artıq müasir incəsənət nümunəsi kimi qəbul edilməmişdir. Müasirin nə olması anlayışı həmişə dəyişməkdə, ilkin başlanğıc dövründən bu günə kimi irəliləməkdədir, 1910-cu illərdə Müasir İncəsənət Cəmiyyətinin aldığı bir çox əsərləri bu gün Müasir incəsənət nümunəsi hesab etmək olmaz.
Təsviri incəsənət stillərində dəyişikliyin konkret punktları İkinci Dünya müharibəsinin sonları və 1960-cı illərdə formalaşmağa başlamışdır. 1960-cı illərdən bəri isə bir çox dəyişikliklər baş vermiş, 2010-cu illərdə müasir incəsənət anlayışı əsasən dəqiq ifadə edilməyən istiqamətlərdə dəyişmişdir. Son 20 ildə Müasir incəsənət bəzi müəlliflərin qeydlərinə görə 1970-ci illərin incəsənətinə kimi olan əsərləri"Art21 XXI əsrdə yaşayan sənətkarların işlərini müasir incəsənət hesab edir." Art21 , bəzilərinə görə, XX əsrin sonları-XXI əsrin əvvəllərində yaradılan incəsənəti, bəziləri XX əsrin sonları-XXI əsrin əvvəllərində yaradılan incəsənəti qəbul etsələr də müasir dövrdə yaradılmaqda olan incəsənətdən imtina edirlər; Ümumi istifadədə Müasir incəsənət termini altında bu gün yaşayan sənətkarlar tərəfindən yaradılan incəsənət başa düşülür; 1960-70-ci illərin incəsənəti də aktuallığını saxlayır; Müasir incəsənət əsərlərini toplayan və ya adında müasir və modern sözlərindən istifadə edən muzeylər isə tez-tez kolleksiyalarının köhnəlməsi problemi ilə qarşılaşırlar.Misal kimi Strasburq Modern və Müasir İncəsənət Muzeyi və Trento və Rovereto Modern və Müasir İncəsənət Muzeyini göstərmək olar. Oksford Modern və Müasir İncəsənət Lüğəti bu anlayışların hər ikisindən istifadə edən çoxsaylı kitablardan biridir. Kiçik satış qalereyaları, mağazalar və bu kimi incəsənət məkanları isə termindən bir qədər fərqli formada istifadə edərək, Müasir incəsənət adı altında 2000-ci illərdən sonra yaradılmış incəsənəti təqdim edirlər. Uzun müddət fəaliyyət göstərən sənətkarların yaradıcılığı isə müxtəlif incəsənət stillərinin hakim olduğu dövrə təsadüf edir, buna görə də tədqiqatçılar onların yaradıcılıqlarını müxtəlif cür dövrləşdirirlər.
İnstitutlar 250px|thumbnail|left|Nyu-Yorkda Solomon Quqqenhaym muzeyi 230px|thumbnail|Monsoro qəsri-Müasir incəsənət muzeyi. İncəsənətin inkişafı, incəsənət institutları, muzeylər, qalereyalar, qeyri-kommersiya xarakterli sənət məkanları, incəsənət məktəbləri və naşirlərdən, həmçinin sənətkarların şəxsi praktikaları, kuratorlar, yazıçılar, kolleksiyaçılar və filantroplardan asılıdır. İncəsənət dünyasında əsas bölünmə kommersiya və qeyri-kommersiya yönümləri arasında olsa da, son dövrlərdə qeyri-kommersiv şəxsi və qeyri-kommersiv ictimai yönümlər arasında sərhədlər daha da bulanlıqlaşmışdır.
Məşhur sənətkarlar tərəfindən yaradılmış əsas müasir incəsənət əsərləri kommersiv müasir sənət qalereyaları, şəxsi kolleksiyaçılar, sənət hərracları, korporasiyalar, ictimai sənət fondları, müasir incəsənət muzeyləri və ya sənətkarların özləri tərəfindən “artist-run space” şərairtində sərgilənir. Müasir sənətkarlar qrantlar, mükafat və hədiyyələr, həmçinin əsərlərinin satışından gəlirlər əldə edirlər. Karyera sənətkarları ya incəsənət məktəblərində təhsil almağa, ya da məşhur sənətkarların yanında öyrənməyə üstünlük verirlər.
İctimai maliyyələşən müasir incəsənət və kommersiya sektoru arasında sıx əlaqə vardır. Məsələn, 2005-ci ildə nəşr edilmiş “Beynəlxalq incəsənət bazarları və menecment arasında anlaşma” adlı kitabda qeyd edilir ki, Britaniyada bəzi rəssamların dillerləri ilə aparıcı müasir incəsənət muzeyləri arasında anlaşmalar vardır. Nüfuzlu kitablar və jurnallar, həmçinin individual kolleksiyaçılar güclü nüfuza malik ola bilirlər.Derrick Chong in Iain Robertson, Understanding International Art Markets And Management, Routledge, 2005, p95. ISBN 0-415-33956-1
Müasir incəsənət əsərlərini öz iş mərkəzlərində nümayiş etdirən, müasir incəsənət mükafatlarını təşkil edən və maliyyələşdirən, bahalı kolleksiyalar yaradan şirkətlər də özlərini müasir incəsənətə inteqrasiya etmiş olurlar.Chin-Tao Wu, Privatising Culture: Corporate Art Intervention Since the 1980s, Verso, 2002, p14. ISBN 1-85984-472-3 Korporativ reklamverənlər lüks məhsullara diqqət çəkmək üçün müasir incəsənətlə əlaqəli prestij və kulhantinqdən tez-tez istifadə edirlər.
İnstitutlar müasir incəsənətin ifadə etməli olduğu anlam haqqında məlumatları tez-tez dəyişdiklərinə görə tənqid edilirlər. Məsələn, günümüzdə yaradıldığına görə, Art brut, hərfi anlamda müasir incəsənət hesab edilə bilər. Lakin, incəsənət tədqiqatçılarından biri qeyd edir ki, bu cür əsərlər müasir incəsənət nümunəsi hesab edilə bilməz, çünki, onlar həvəskarlar tərəfindən yaradıldığına görə tarixi kontekstdən kənarda qalırlar.Gary Alan Fine, Everyday Genius: Self-Taught Art and the Culture of Authenticity, University of Chicago Press, 2004, pp42-43. ISBN 0-226-24950-6 Sərgilərdə böyük auditoriyası olmasına baxmayaraq, toxuma işləri kimi əl işləri də müasir incəsənət nümunələri hesab edilmirlər.Peter Dormer, The Culture of Craft: Status and Future, Manchester University Press, 1996, p175. ISBN 0-7190-4618-1 İncəsənət tənqidçisi Piter Timms qeyd edir ki, əl işləri müasir incəsənət sahəsinə qəbul edilməsi üçün xüsusi dəyərlərə malik olmalıdır. “Gözəlliyin təbiətini əks etdirmək üçün yaradılmış keramik obyekt sadəcə gözəl olmaqla qalmır, həm də müasir incəsənət nümunəsi kimi qəbul edilir.”Peter Timms, What's Wrong with Contemporary Art?, UNSW Press, 2004, p17. ISBN 0-86840-407-1
İstənilən məkan və ya sənətkarlar qrupu müasir incəsənətin axın istiqamətinə güclü təsir göstərə bilər. Məsələn, Los-Ancelesdə kommersial qalereya olan Ferus Qalereyası 1950-60-cı illərdə Kaliforniya müasir incəsənət səhnəsinin canlanmasına ciddi təsir göstərmişdir.
İctimai münasibət 230px|thumbnail|Manfred Kielnhofer - Zamanın keşikçiləri, 2006 Müasir incəsənət və onun institutları bəzən ictimayətin əhval-ruhiyyəsini əks etdirmədiyinə görə, onunla münaqişədə imiş kimi görünə bilər.Mary Jane Jacob and Michael Brenson, Conversations at the Castle: Changing Audiences and Contemporary Art, MIT Press, 1998, p30. ISBN 0-262-10072-X 1990-cı illərdə Britaniyada müasir incəsənət populyar mədəniyyətin tərkibinə qatıldı, sənətkarlar isə ulduzlara çevrildilər, lakin, bu, çoxdan gözlənilən “mədəni utopiya”ya gətirib çıxarmadı.Julian Stallabrass, High Art Lite: British Art in the 1990s, Verso, 1999, pp1-2. ISBN 1-85984-721-8 Lakin, Culyan Spaldinq və Donald Kuspit kimi bəzi tənqidçilər qeyd edirlər ki, skeptisizm və hətta imtina bir çox müasir incəsənət nümunələrinə göstəriləcək ağılabatan münasibət olmalıdır.Spalding, Julian, The Eclipse of Art: Tackling the Crisis in Art Today, Prestel Publishing, 2003. ISBN 3-7913-2881-6 Özünün “Axmaq incəsənət” adlı essesində Brayan Eşbi “əksər instalyasiya incəsənəti, fotoqrafiya, konseptual incəsənət, video və başqa post-modern adlandırılan sənət nümunələrini” tənqid edərək nəzəri ifadə şəkilli şifahi izahatlardan çox asılıdır.
Müzakirə və mübahisələr
XX əsrin əvvəllərindən bəri əsas mübahisələr incəsənətin əsas məsələsinin nə olması ilə bağlı olmuşdur. Müasir dövrdə (1950-ci illərdən bu günə kimi) avanqard anlayışı muzeylər, qalereyalar və kolleksiyaçıların incəsənəti qruplaşdırmasında istifadə edilir.Fred Orton & Griselda Pollock, Avant-Gardes and Partisans Reviewed. Manchester University, 1996. ISBN 0-7190-4399-9 Bəzən, hətta Təbliğat və Əyləncə də Müasir incəsənətin növləri kimi qəbul edilir.
Mükafatlar
Müasir incəsənət sahəsi ilə bağlı mühüm mükafatların adları aşağıda qeyd edilmişdir:
Monsoro qəsri-Müasir incəsənət muzeyinin Aldriç Müasir İncəsənət Muzeyinin Yeni Sənətkar mükafatı Cənub İncəsənəti üçün Faktor mükafatı Solomon Quqqenhaym muzeyinin Hüqo Boss mükafatı Con Muirs Rəssamlıq Mükafatı 30 yaşdan gənc rus sənətkarları üçün Kandinski mükafatı Corc Pampidu Mərkəzinin Marsel Düşan mükafatı 40 yaşdan gənc fransız sənətkarları üçün Riçard mükafatı 50 yaşdan gənc Britaniya sənətkarları üçün Törner mükafatı Vitni Biennalisində iştirak hüququ Avropa Müasir incəsənəti üçün Vinsent Van Qoq Biennalisinin Vinsent mükafatı Kanada Gil və Şüşə Qalereyasının keramikaçılar üçün Uinfrid Şantz mükafatı Asiya-Sakit okean pivə zavodlarının İmza Sənət Mükafatı 35 yaşdan gənc çex sənətkarları üçün İndrjix Xalupetski mükafatı
Tarixi Aşağıdakı cədvəldə Müasir incəsənət hərəkatları və stillərinin onilliklər üzrə xronoloji siyahısı verilmişdir:
1950-ci illər Abstrakt ekspressionizm Amerikan fiqyrativ ekspressionizmi Amerikan səhnə rəssamlığı Antipodeanlar San-Fransisko məktəbi KOBRA Rəng sahəsi rəssamlığı Təfriqəşi nəsil Qutay (qrup) Lentikulyar nəşr Plastisien hərəkatı Lirik abstraksiya Balinez rəssamlığı Nyu-York fiqurativ ekspressionizmi Nyu-York məktəbi Seriya incsənəti Situasionizm Qeyri-rəsmi SSRİ incəsənəti Qırmızı köynək fotoqrafiya məktəbi Taşizm Vyana fantastik realizm məktəbi Vaşinqton rəng məktəbi
1960-cı illər Abstrakt ekspressionizm Abstrakt imecinistlər Amerikan fiqurativ ekspressionizmi İncəsənət və Dil San-Fransisko məktəbi BMPT Çikaqo imecinistləri Çiçano sənət hərəkatı Rəng sahəsi rəssamlığı Kompüter incəsənəti Konseptualizm Fluksus Heppeninq Sərt konturlar rəssamlığı Lentikulyar incəsənət Kinetik incəsənət İşıq və dərinlik Lirik abstraksiya (Amerikan versiyası) Minimalizm Mono-ha Neodada Nyu-York məktəbi Yeni realizm Optik incəsənət Performans incəsənəti Plop incəsənət Populyar incəsənət Postminimalizm Xromatik abstraksiya Psixedelik incəsənət Yüngül heykəltəraşlıq Sistem incəsənəti Video incəsənət Zero
1970-ci illər Arte Povera Ascii Art Pis rəssamlıq Bodi-art Rəssamın kitabı COUM Transmissions Envayronment (incəsənət) Feminist incəsənət Froissaj Holoqrafiya İnstalyasiya incəsənəti Lend-art Loubrou (incəsənət hərəkatı) Meyl-art Papunya Tula Fotorealizm Postminimalizm Proses-art Robotik incəsənət Sen-Solel məktəbi Video incəsənəti Fank-art Naxış və dekorasiya Varli Uayldstayl
1980-ci illər NAMES Project AIDS Memorial Quilt Appropriasiya Mədəniyyətin dağıdılması