Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser.

Həyatı Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakı şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, Space və Lider kanallarında işləyib.

6 dekabr 2009-cu ildən Xəzər TV kanalında Cəlilova "Pəncərə" adlı veriliş aparırdı. Veriliş hər bazar günü saat 23:30 başlayırdı. Bu veriliş layihəsi 2010-cu ildə bitirildi.

2015-ci ilin Aprel ayından başlıyaraq, Cəlilova AZTV-də "Sevələnlər" adlı verilişi aparır.

Bir qızı var.

Filmoqrafiya Analar və laylalar (film, 1991)

Həmçinin bax Nərgiz Cəlilova — "Pəncərə". Nərgiz Cəlilova yeni, "Pəncərə" adlı verilişində. Nərgiz Cəlilova — "Məqamlar". Eldar Mansurov "Məqamlar" verilişində.

Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Xəzər TV-nin jurnalistləri