Kiçik Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 12 km məsafədə, Gümrü şəhərinin cənubunda yerləşir. Kəndin adı Xılqarakilsə, Xli-QarakilsəHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.39, Qafqazın 5 verstlik xəritəsində Kiçik QarakilsəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.117 formalarında qeyd edilmişdir.
Toponim kəndin yaxınlığındakı qara rəngli kilsənin adı əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «kiçik» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Azatan qoyulmuşdur.
Əhalisi Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar 1828-ci ildə qovulmuş, 1829-1830 - cu illərdə Türkiyənin Qars, Alaşkert bölgələrində ermənilər köçürülərək kənddə yerləşdirilmişdirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.40. İndi ermənilər yaşayır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri