Dikson adası () — Kara dənizində, Rusiyanın Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonunda (), Yenisey çayının mənsəbinin yaxınlığında yerləşən ada. Adanın yaxınlığında Dikson şəhərtipli yaşayış məntəqəsi yerləşir və bu ərazidəki əsas liman və hidrometeorologiya mərkəzidir. Burada Dikson Hava Limanı fəaliyyət göstərir.
Tarix thumbnail|left|Dikson şəhərtipli yaşayış məntəqəsinin 50 illiyi ilə bağlı buraxılmış poçt markası (1965). Dikson adası və yaxınlığında yerləşən eyniadlı yaşayış məntəqəsi isveçli Artika maqnatı Oskar Diksonun şərəfinə adlanıdırılmışdır.The Darkness of Dikson Island , Author unknown, russia-channel.com Ada pomorlar tərəfindən keç edilməsindən sonra XVII əsrdə Dolqi ("uzun") və Kuzkin adları ilə tanınmışdır. 1875-ci ildə fin səyyah Adolf Erik Nordenşöld adaya əslən şotland olan, varlı İsveç maqnatı Oskar Diksonun adını vermişdir. İngiliscə Oskar Dikson "Oscar Dickson" şəklində yazılsa da, daha sonra "c" hərfi düşmüş və ingiliscə "Dikson" adından istifadə olunmağa başlanmışdır. 1884-cü ildə bu ad adanın rəsmi adı kimi qəbul olunmuşdur. Oskar Dikson və Aleksandr Sibiryakov bir çox Artika ekspedisiyasının, eləcə də Nordenşöldün ekspedisiyasının da himayəçiləri idilər.
1915-ci ildə ada Rusiyanın Artikadakı ilk radio stansiyası olmuşdur. 1935-ci ildə burada dəniz limanı tikilmişdir, 1957-ci ildə buraya iki yaşayış məntəqəsi birləşdirilmişdir.
Ada İkinci dünya müharibəsində, 1942-ci ilin avqustunda Vunderland əməliyyatı çərçivəsində "Admiral Scheer" kruyseri tərəfindən bombardman edilmişdir.
1965-ci ildə Dikson şəhərtipli yaşayış məntəqəsinin 50 illiyi münasibətilə SSRİ-də poçt markası buraxılmışdır.
İqlim Dikson adasında Artika iqlimi hakimdir. (Keppenin iqlimlər təsnifatına görə ET) İqlim (ən isti dövr avqust ayına təsadüf edir) çox xoşagəlməzdir. Diksonda qış 10 ay çəkir və 2 ay gün çıxmır.
İstinadlar
Xarici keçidlər Yeri Edwards, Rob (September 9, 1995). Northern exposure. Yeni Alim. Vilyam Barr, The Last Journey of Peter Tessem and Paul Knutsen, 1919. Şəkil Artika ekspediyasiyalarında rusların rolu
Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları