Antiphellos () — Anadoluda yerləşən antik Likiya şəhəri. İndiki Türkiyə Respublikası Antalya əyaləti Kaş rayonuna uyğundur. Kaşın Likiya dövründəki adlanrından biridir. Şəhər Likiyadan Kariyaya gedən yolun üstündə yerləşirdi. Ellinizm dövründə məşhur ticarət mərkəzi idi.

Tarixi thumb|250px|right|Likiya dövrü abidə Likiya dilində HabesosPliny`s Natural History 5.100: Antiphellos quae quondam Habessus; atque in recessu Phellus; deinde Pyrrha itemque Xanthus…., Habesa adlanan Antiphellos şəhəri Likiyanın ən qədim yaşayış məskənlərindəndir. Antiphellos adını sonradan almışdır. "Qayalıqların qarşısındakı yer", "Phellosun qarşısındakı" mənasını verir. Likiya Birliyinin üzvlərindən olan şəhər şimalındakı Phellos şəhərinin limanı olduğu və tarixi E.ə. IV əsrə dayandığı ehtimal edilir. Ellinizm dövründə ticarət mərkəzinə çevrilmiş və Phellosun zəifləməsi ilə bərabər Antiphellos sürətlə inkişaf edirdi.Bryce. Roma İmperiyası dövründə əhəmiyyətli bir liman şəhərinə çevrilmişdi.George E. Bean, Eski Çağda Lykia Bölgesi, 1998,sf. 95–99;Cevdet Bayburtluoğlu, Lykia, 2004, sf. 240–245;Cevdet Bayburtluoğlu, Lykia, Ankara Turizmi, Eski Eserleri ve Müzeleri Sevenler Derneği Yayınları, sf. 52;Antalya Kültür Envanteri, Kaş, 2004 s. 16–24;Bilge Umar, Lykia, 1999, s. 77–84. Bizans İmperiyası dövründə Yepiskopluk mərkəzi idi. VIII əsrdə Ərəblər hücum etmiş. Sonralar Səlcuqlular şəhəri ələ keçirmiş və şəhərin adı Andifli olaraq dəyişdirilmişdir. Anadolu Səlcuqlu Sultanlığının süqutundan sonra Təkəoğulları Bəyliyinə daxil olmuşdur. Osmanlı dövləti sultanı İldırım Bəyazid tərəfindən Osmanlı torpaqlarına daxil edilmişdir.Kaş tarihi Çakıl Pansion İstifadə edilib: 09.10.2015

Qalıqları

Həmçinin bax Likiya yolu Likiya Kaş

İstinadlar

Kateqoriya:Qədim şəhərlər Kateqoriya:Likiya Kateqoriya:Likiya şəhərləri Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri