Şamaxı gürzəsi və ya Şamaxı başıqalxanlısı () — Gürzələr fəsiləsinə, Əsl gürzələr cinsinə aid növ.

Görünüşü Boz, qəhvəyi rənglərdə olur. Bədəninin ortasından tünd qəhvəyi ziqzaq şəkilli zolaq keçir.

Yayılması Azərbaycanın endemik canlısıdır. Əsasən Azərbaycanın şimal-şərq ərazilərində yayılmışdır. Xüsusi ilə Şamaxı rayonu ərazisində daha geniş areala malikdir. Elə öz adını da aşkarlandığı rayonun adından götürmüşdür. Əsasən quru daşlı dağ yamaclarında yayılmışlarİlanlar .

Xüsusiyyətləri Uzunluğu 55–60 sm-ə qədər olur. Zəhərli ilandır. İnsan üçün zəhəri az təhlükəlidir, ölüm halları qeydə alınmayıb. Orlov, Tuniyev və Kidov tərəfindən 2013-cü ildə növ kimi təstiqlənmişdir.

İstinadlar

Xarici keçidlər Şamaxı gürzəsi

Kateqoriya:Azərbaycanın endemik faunası Kateqoriya:Əsl gürzələr Kateqoriya:Asiya sürünənləri