Pənahov Əlipənah Ələsgər oğlu () — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974).
Həyatı Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur.
26 avqust 1978-ci ildə vəfat etmişdir.
Xatirəsi Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir.
2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir.Ayxan. "Saz harayı": Aşıq Pənah haqda film çəkilib //Ekspress.- 2008. — 26 avqust.- S. 10. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib.
Yaradıcılığı 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi. Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.
Əsərləri Saz və söz. Bakı,1963. Məhəbbətdən danışaq. Bakı,1966. Təzə söz, təzə mahnı. Bakı,1971. Mənim sazım (şeirlər). Bakı,1978
Filmoqrafiya Böyük dayaq (film, 1962) Aşıq Pənah (film, 2007)
İstinadlar
Mənbə Azərbaycan sovet yazıçıları. Bakı,1987. səh.65–66. Görkəmli musiqi xadimləri — Aşıq Pənah
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Salyanda doğulanlar