Aşıq Əli Quliyev (təxəllüsü: Ürfan; ) — azərbaycanlı aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2008).Quliyev, Ə. "Aşıq gərək saza yaraşan adam ola ": [aşıq Əli Quliyevlə müsahibə] /müsahibəni apardı Ormanlı Həmid //Təzadlar.- 2015.- 27 yanvar.- S.15.
Həyatı Əli Abuzər oğlu Quliyev 1950-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub.Quliyev, Ə. "Saz mənim qibləgahımdır": Aşıq Əli Quliyev: "Aşıqlıqdan əl çəkmək ömrümün tamamlanması deməkdir": [aşıqla müsahibə] /müsahibəni apardı Ormanlı Həmid //Təzadlar.- 2015.- 24 yanvar.- S.15.
1972-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. Tovuzda Hüseyn Bozalqanlı adına Ozan-aşıq Muzeyinin ilk direktoru olmuşdur
Yubileyləri 3 mart 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
18 mart 2025-ci ildə anadan olmasının 75 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbir "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib.
Kitabları "Sözdən pənah gətirmişəm" (2000) "Sazlı-sözlü dünyam" (2004) "Tanrı payı telli sazım" (2007) "Qəm daşıyan dərviş oldum" (2012) "Aşıq Əli Urfan (Quliyev) Şeirləri" (2022)
Təltifləri 2008-ci ildən Azərbaycanın əməkdar mədəniyyət işçisidir.Aşıq Əli: "Son 10–15 ildə meydana gələn aşıqların böyük əksəriyyəti bəyənilmir, hamı onları əsl aşıq kimi qəbul etmir": [Aşıq Əli ilə müsahibə] /müsahibəni apardı Qələndər Xaçınçaylı //Həftə içi.- 2013.-26 aprel.- S. 8.
5 mart 2023-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər