Trimetoprim/sulfametoksazol (TMP/SMX), yaxud, ko-trimoksazol () — müxtəlif bakterial infeksiyaların müalicə və profilaktikasında istifadə edilən antibiotik xassəli preparat. 6-da 1 hissəsi trimetoprim, 6-da 5 hissəsi isə isə sulfametoksazoldur. Yaxud, adi Trimetoprim/sulfametoksazol həbləri 80 milliqram trimetoprimdən və 400 milliqram sulfametoksazoldan ibarət olur. Bu sidik yollarının infeksiyası, MRSA dəri infeksiyası, ishal, tənəffüs yolları infeksiyası, vəba və bu tip digər xəstəliklərə qarşı istifadə olunur. Bu həm də HIV/QİÇS xəstələri üçün pnevmosist pnevmoniyanın profilaktika və müalicəsində də tətbiq edilə bilər. Bu ağız yolu ilə, yaxud daxilə yeridilmə yolu ilə qəbul edilir.
Əks-təsir Əks-təsir kimi, əsasən ürək bulanma, qusma, səpmə və diareya, bəzən isə ciddi allergiya reaksiyaları və Psevdomembranoz kolit də baş verə bilər. Ondan hamiləliyin sonuna yaxın istifadə edilməsi məsləhət görülmür. Döş əmizdirmə dövründə də bu pereparatdan istifadə edilməməlidir, əgər mümkündürsə. TMP/SMX bakteriyaları məhv edir. Bu, folat maddəsi mübadiləsinin pozulmasına səbəb olur.
Cəmiyyət və mədəniyyət TMP/SMX ilk dəfə 1974-cu ildə satışa çıxarılıb "WHO Model List of Essential Medicines" bunu, sosial gigiyena və səhiyyə təşkilatı bazasında ən əhəmiyyətli dərman hesab edir Bu, ümumi dərmanlar kimi açıq satışdadır və çox bahalı deyil. Birləşmiş Ştatlarda bir vahidi 0.40 USD qiymətindədir.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Antibiotiklər Kateqoriya:Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman vasitələri