Tsumada rayonu (avar. Цӏумада мухъ)– Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri.

Coğrafiyası Rayonun sahəsi 1.178 km², inzibati mərkəzi Aqvalı kəndidir.

Əhalisi Rayonun əhalisi 26. 692 nəfərdir (2021-ci il). Tsumada, əhalisinin 99%'i Avarlardan ibarət olan mono-etnik Avar rayonudur. Rayonda Avarlarla yanaşı Çamalalılar, Tindi, Baqulal, Xvarşi, Didoy və s. kimi Avarların subetnosları da yaşayır.

İstinadlar

Kateqoriya:Dağıstan rayonları Kateqoriya:Tsumada rayonu Kateqoriya:1926-cı ildə yaranmış dövlətlər və ərazilər