Fantastik dördlük ( və ya Fant4stic; ) — Marvel Comics nəşriyyatının eyniadlı komandasından bəhs edən 2015-ci il istehsalı fantastik film. Bu film 20th Century Fox tərəfindən çəkilmiş 3-cü Fantastik dördlük filmi olsa da, bu filmdə hadisələr yenidən işlənib. Filmin rejissoru Coş Trank, ssenaristləri isə Ceremi Slater, Trank və Simon Kinberqdir. Filmin baş rollarında Maylz Teller, Maykl Cordan, Keyt Mara, Tobi Kebbel, Req Katey və Tim Bleyk Nelson oynamışdır. Filmin ssenarisinə görə Fantastik dördlük komandası düşmənə çevrilmiş dostlarını dayandıraraq Yeri alternativ dünyadan qorumalıdırlar.

Film üzərində işlər 2009-cu ildə başlamışdır. Əsas çəkilişlər may-avqust 2014-cü ildə baş tutmuşdur. Çəkilişlər Luizianada, Baton Rujda həyata keçirilmişdir. Filmin premyerası 2015-ci ilin 4 avqustunda Nyu Yorkda olmuşdur və 7 avqustda ABŞ-də kinoteatrlarda göstərilməyə başlanmışdır. Tələskən hekayəsinə, komiksdəkindən daha fərqli ssenarisinə və döyüş səhnələrinin az olmasına görə film tənqidçilərdən mənfi rəylər almışdır. Kinoteatrlarda göstərildiyi ilk həftədə cəmi 26,2 milyon $ gəlir gətirmişdir. Davam filmi olan "Fantastik dördlük 2"-nin 2017-ci ilin 9 iyununda tamamlanacağı planlaşdırılır.

Məzmun Rid Riçards adi bir ailənin uşağıdır. Amma ata-anasından fərqli olaraq Rid elmlə dərindən maraqlanır. O, öz evinin qarajında teleportasiya cihazı üzərində işləyir. Cihazı üçün lazım olan transformatrı tapmaq üçün maşın xarabalığına gedir. Oranın yaxınlığında yaşayan Ben Qrimm ilə rastlaşır. Ben onun üçün lazım olanı tapıb onunla birlikdə qarajına gedir. Rid cihazı işə salır, eksprement üçün oyuncaq maşından istifadə edir. Cihaz uğurla işləyir.

İllər keçir, Rid və Ben böyüyürlər. Onlar öz layihələrini təqdim etmək üçün bir müsabiqəyə qatılırlar. Rid oyuncaq təyyarə ilə cihazı sınaqdan keçirir. Amma bu iş təşkilatçıların xoşuna gəlmir və müsabiqədən kənarlaşırlar. Bu zaman Professor Franklin və qızı Suzan Storm onlara yaxınlaşır. Franklin onun layihəsi ilə maraqlanır və Ridi Bakster binasında digər yüzlərlə alimlə işləməyə dəvət edir. Rid onun təklifini qəbul edir.

Professor Franklinin hədəfi Ridin bu teleportasiya cihazından istifadə edərək digər dünyalara keçməkdir. Bununla da elmdə cavabsız qalan sualları o dünyalarda tapa biləcəyini düşünür. Bu haqda Bakster şirkətinə məlumat verir. Şirkətin rəhbəri Doktor Allen bu layihənin keçirilməsinə razılıq verir. Professor Franklin bu layihə üçün latveriyalı Viktor von Dumu da dəvət edir. Viktor əvvəlcə qatılmaq istəmir, amma daha sonra fikrini dəyişir.

Franklin Rid, Suzan və Viktora məqsədlərini açıqlayır. Franklin daha əvvəl müsabiqədə Ridin istifadə etdiyi təyyarəyə kamera quraşdırdığını bildirir və yeni dünyanın ilk görüntülərini onlara təqdim edir. Yeni dünya Planet Sıfır adlandırılır. Teleportasiya cihazının tamamlanmasından sonra onlarında o dünyaya səyahət edəcəklərini açıqlayır. Bu zaman Franklinin oğlu Conni də atasından maşınını qazanmaq üçün məcburən layihəyə qoşulur.

Cihazın tamamlanmasından sonra sınaq keçirilir və Planet Sıfıra şimpanze göndərilir və uğurla qaytarılır. Doktor Allen onların gələcək səfər teleportasiya olacağını deyir. Rid, Viktor və Conni gizlicə bunu etmək qərarına gəlirlər. Rid Beni də çağırır. Dördü cihazı işə salıb Planet Sıfıra gəlirlər. Buranı öyrənmək istəyərkən "yaşan impuls" adlandırdıqları bir maye ilə rastlaşırlar. Viktor mayeyə toxunduqdan sonra partlayış baş verir və onlar sürətlə cihaza qaçırlar. Viktor itkin düşür. Rid, Ben və Conni laboratoriyada onları izləyən Suzandan onları qaytarmasını istəyir. Onlar geri qayıdır, amma böyük partlayış baş verir.

Oyananda dördü də özlərini hərbi bazada tapırlar. Hərəsində bir bacarıq peyda olur. Ben daşlaşır, fiziki cəhətdən güclənir. Conni alovu idarə edə bilir. Suzan görünməz olur. Rid bədənin hər əzasını uzada bilir. Özünü itirən Rid oradan qaçır.

1 il keçir. Hərbi bazada onlar öz bacarıqlarını öyrənirlər. Doktor Allen Benin bacarığından istifadə edərək onu tapşırıqlara göndərir. Conni də tapşırıqlara getməyə hazırlaşır. Doktor Allenin hədəfi Planet Sıfır vasitəsilə super əsgərlər yaratmaqdır. Bunun üçün isə Ridin bacarığı lazımdır. Buna görə də Franklin Suzandan Ridi tapmağı xahiş edir. Rid isə bu zaman Mərkəzi Amerikada yaşayır. Suzan onun yerini tapır və Ben onu gətirir. Rid layihəyə kömək etməyə razılıq verir.

Növbəti ekspedisiya Planet Sıfıra teleportasiya olunur. Ekspedisiya gözlənilmədən ölmüş hesab olunan Viktoru tapır və onu hərbi bazaya gətirirlər. Viktorun skanfandırı əriyərək onun üzünü örtməsinə baxmayaraq o hələ sağdır. Doktor Allen onunla danışmaq istəyir, amma Viktor onu öldürür. Viktor hərbi bazadan teleportasiya cihazını işə salır və Planet Sıfıra qayıdır. Planet Sıfır Yeri özünə çəkməyə başlayır.

Rid, Suzan, Ben və Conni də Planet Sıfıra gəlirlər və Viktoru dayandırmaq istəyirlər. Tək-tək yoxladıqdan sonra birlikdə bunu etməyə qərar verirlər. Ridin planı sayəsində onlar Viktoru öldürürlər.

Filmin sonunda Rid komanda olmağı təklif edir və dostları bunu qəbul edirlər. Bakster binasını özlərinə iqamətgah seçirlər və komandanın adını Fantastik dördlük qoyurlar.

Filmin hazırlanması 2009-cu ilin avqustunda 20th Century Fox yepyeni Fantastik dördlük filminin çəkiləcəyini bildirdi. Akiva Qoldsman filmin rejissoru təyin oldu, Maykl Qrin isə ssenari yazmaqla vəzifələndirildi. Bu zaman Edrien Broudi və Conatan Ris-Meyers Mister Fantastik rolu üçün, Kifer Sazerlend isə Şey rolu üçün namizəd oldu. 2012-ci ildə rejissor və ssenaristlər dəyişdi. Filmin yeni rejissoru Coş Trank, yeni ssenaristi Ceremi Slater oldu. 2013-cü ilin fevralında Metyu Von filmin prodüseri oldu, Set Qrem-Smit isə ssenarini təkmilləşdirdi. 2013-cü ilin oktyabrında Simon Kinberq filmin həm prodüseri, həm də ssenaristi oldu.

Simon Kinberq filmin ssenarisinin Fantastik dördlüyün tarixindən ilham alacağını bildirdi. 20th Century Fox-un Marvel Comics filmləri üzrə konsultantı Mark Millerə görə film İks-adamlar ilə eyni paralel dünyada yer alacaq. Simon Kinberq bunu inkar etsə də, Brayan Sinqer belə bir şeyin baş verə biləcəyini təsdiq edib.

Aktyor seçimi

2014-cü ilin yanvarında ssenarinin yazılmağı başa çatdı və Rid ilə Suzan rolları üçün aktyor seçimi başladı. Maylz Teller, Kit Harinqton, Anton Yelçin, Riçard Madden və Cek O'Kennel Rid Riçards rolu üçün namizəd oldular. Sonda Maylz Teller bu rol üçün uyğun görüldü. Suzan rolu üçün isə Keyt Mara, Sirşa Ronan, Marqo Robbi, Runi Mara və Emmi Rossum namizdə oldular. Fevralda Maykl Cordanın Conni Storm, Keyt Maranın isə Suzan Storm rollarında oynayacağı məlum oldu. Mart ayında Doktor Dum roluna Tobi Kebbel seçildi və Teller Ceymi Bellin Şey rolunu ifa edəcəyini təsdiqlədi. Sem Rayli, Eddi Redmeyn, Donal Qlison da Doktor Dum roluna namizəd idilər. Apreldə Doktor Allen rolu üçün Tim Bleyk Nelson seçildi. May ayında Req Kateyin Suzan və Conninin atası Franklini oynayacağı təsdiqləndi. thumbnail|Maylz Teller Mister Fantastik rolunda.

Çəkilişlər Filmin çəkilməsi üçün 122 milyon $ sərf olundu. Əsas çəkilişlər 5 may 2014-cü ildə Baton Rujda başladı və 3 avqust 2014-cü ildə — 72 gün sonra başa çatdı.

Rollarda

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:Qızıl Moruq Mükafatı qazanan filmlər Kateqoriya:Nyu-York ştatı haqqında filmlər Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Böyük Britaniyanın macəra filmləri Kateqoriya:2007-ci il haqqında filmlər Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Rebut filmlər Kateqoriya:2010-cu illərin döyüş macəra filmləri Kateqoriya:Luizianada çəkilmiş filmlər Kateqoriya:Alimlər haqqında filmlər Kateqoriya:2010-cu illərin superqəhrəman filmləri Kateqoriya:2015-ci il haqqında filmlər Kateqoriya:Böyük Britaniyanın döyüş macəra filmləri Kateqoriya:Kinematoqrafda irq mübahisələri Kateqoriya:Bəstəkar Marko Beltraminin filmləri Kateqoriya:Paralel kainatlar haqqında filmlər Kateqoriya:Constantin Film filmləri