Ölüm zona () — 1983-cü il ABŞ qorxu, triller filmi.
Film Stiven Kinqin eyni adlı romanından götürülmüşdür. Devid Kronenberqin rejissorluğu ilə çəkilən filmdə Kristofer Uolken, Tom Skerit, Martin Şin, Herbert Lom, Bruk Adams və Kollin Dyuherst kimi aktyorlar yer alıb. Film illər sonra komadan ayılan Coni Smit'in (Kristofer Uolken) ekstrasens gücünü kəşf etməsi ilə başlayır.
Mövzusu Coni Smit (Kristofer Uolken) gənc bir müəllimdir. Məktəbdə dostu Sarah'ı (Bruk Adams) sevir. Yol qəzasından sonra komaya girir. Nevroloq həkim Veyzak'ın (Herbert Lom) əhatəsində oyandıqda 5 il keçmişdir. Smit bir çox şeydən başqa, sevgilisi Sarahın evləndiyini və uşağının olduğunu öyrənir.
Smit, yeni həyatına öyrəşməyə çalışarkən, birdən-birə insanların əlini tutduqda onların keçmiş və gələcəyini görə bildiyini öyrənir. Bölgənin şerifi (Tom Skerit) bir seriyalı qatilin tutulmasında Smitdən kömək istəyir. Smit kömək edir, lakin məşhur olduğu üçün narahat olaraq bölgədən köçür.
Yeni köçdüyü bölgədə siyasətçi Qreq Stilson (Martin Şin) ilə tanış olur. Həmin vaxt Sarah bu siyasətçinin tanınmasında rol oynayır. Lakin Smit Stilsonun gələcəyin Hitleri olacağını onunla salamlaşarkən öyrənir.
Gələcəyi dəyişmək istəyən Smit, Stilsonu öldürməyə qərar verir. Bir mitinq vaxtı sui-qəsd hazırlayır, lakin Stilsonu vurmaq istəyərkən Stilson Sarahın uşağının arxasında gizlənərək özünü qoruya bilir. Lakin yaralı olarkən gəlib yaxasından tutan Stilsona toxunması ilə gələcəyi dəyişdiyini başa düşür və gülərək vəfat edir.
Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:1983-cü ilin ABŞ filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Müəllimlər haqqında filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:ABŞ-nin qorxu romanlarına əsaslanan filmlər Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:Ən Yaxşı Qorxu filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:Ekstrasenslər haqqında filmlər Kateqoriya:ABŞ-nin siyasi triller filmləri Kateqoriya:Sui-qəsdlər haqqında filmlər Kateqoriya:Psixoloji triller filmləri