Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.

Kateqoriya:İngiltərədə LGBT şəxslər Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:İngiltərə musiqiçiləri