Cənubi Amerika dəniz pişiyi () — cənub dəniz pişikləri cinsinə aid növ.
Ümumi məlumat Erkəklər 190 sm uzunluğa, çəki 150–200 kq təşkil edir, dişilər isə 140 sm, çəkisi 30–60 kq olur. Onlar açıq-qəhvəyi rəngə malikdirlər. Erkəklər isə boz-qara dəriyə malik olur. Yarımnöv olan Folklend dəniz pişikləri nisbətən kiçik ölçüyə malik olurlar.
Cənubi Amerika dəniz pişiyi iki yarımnövə bölünür: Folklend dəniz pişiyi (Arctocephalus australis australis), əsas yarımnöv Cənubi Amerikanın Peru, Çili, Argentina sahil ərazilərində və Braziliyanın cənub hissələrində yaşayırlar. Folklend dəniz pişikləri əsasən Folklend adalarında yaşayırlar.Baylis, AMM, Orben, RA, Arkhipkin, AA, et al. Re‐evaluating the population size of South American fur seals and conservation implications. Aquatic Conserv: Mar Freshw Ecosyst. 2019; 1– 8. https://doi.org/10.1002/aqc.3194
Cənubi Amerika dəniz pişikləri əsasən sıldırımlı qayalıqlar üzərində dincəlirlər. Onlar əsasən gün istisində çütləşirlər.
Sayı və ovlanlası Əvvəllər bütün Cənubi Amerika sahilləri boyu ovlanırdı. Bu ovlanmalar sayəsində artıq 1940-cı ildə Peruda cəmi 40 baş dəniz pişiyi qalır. Sonradan qoyulan qadağa sayəsində sayları 20 minə çatır. Çili sahillərində də 20 min baş, Argentinada 3 min, Folklend adalarında isə 15 min olaraq qiymətləndirilir. Ən böyük koloniya isə Uruqvay sahillərindədir və onların sayı 31 mindir.Franco‐Trecu, V., Drago, M., Grandi, M. F., Soutullo, A., Crespo, E. A., & Inchausti, P. (2019). Abundance and Population Trends of the South American Fur Seal Short Note Abundance and Population Trends of the South American Fur Seal (Arctocephalus australis) in Uruguay. Aquatic Mammals, 45,48–55. https://doi.org/10.1578/AM.45.1.2019.48 Bu səbəbdən Uruqvay dünyada dəniz pişiklərinin ovlanmasına icazə verən yeganə dövlətdir. Ümumilikdə götürüldükdə isə növün bugünkü gündə tükənmə təklükəsi yoxdur.
Həmçinin bax Cənub dəniz şiri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Cənub dəniz pişikləri Kateqoriya:Argentina məməliləri Kateqoriya:Çili məməliləri Kateqoriya:Peru məməliləri Kateqoriya:Pataqoniya məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar