Qayıblı Xaqani İsmayıl oğlu () — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, Fin-Uqor və Türk Xalqları Araşdırma Mərkəzinin sədri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim.

Həyatı Xaqani Qayıblı (Türk Dünyasında Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib.

1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib.

Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir.

2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib.

1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.

1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir.

1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.

2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.

"Eston və türk dillərində feil quruluşlarının müqayisəsi" (elmi rəhbəri akademik Ago Künnap) adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir.

Əsərləri eston, gürcü, rus, latış, ingilis, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. Müxtəlif illərdə 40-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin, 6 kitab və 1 monoqrafiyanın müəllifidir. Bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi və iştirakçısıdır.

Üzv olduğu ictimai-siyasi təşkilatlar Azərbaycan Yazıçılar Birliyi - üzv; Türk Ədəbiyyatı Vakfı – fəxri üzv Estoniya-Azərbaycan cəmiyyəti - sədr; Estoniya-Türkiyə Mədəni Əlaqələr cəmiyyəti - İdarə Heyətinin üzvü; Estoniya Akademik Şərqşünaslar cəmiyyəti - üzv; Estoniya Azad Təhsil Ittifaqı – İdarə Heyətinin üzvü Estoniya Jurnalistlər Akademiyası - üzv; Estoniya Anavətən Partiyası - üzv; Dünya Azrbaycanlıları Konqresi - İdarə Heyətinin üzvü, sədr müavini; Tartu Universiteti Türk Dili Mərkəzi "Ərgənəkon" yayınları redaksiya heyəti - sədr; Dünya Azərbaycanlı Alimlər Birliyi – Təşkilat Komitəsinin üzvü; Dünya Türk Xalqları Assambleyası – üzv; "Ulduz" jurnalı - redaksiya heyətinin üzvü.

Kitabları "Danüzünə dediklərim" - 2024; "Yenə canım söz gəzir" - 2014; "Qırx yaşım qırx sözüm" - 2004; "Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası" - 2004; "Türkcə-estonca, estonca-türkcə turist sözlüyü" - 2000; "Sənsiz ömrün bir ili" - 1999;

Redaktoru olduğu kitablar "Estonca-azərbaycanca sözlük" - 2005; "Nağıllar körpüsü" (Baltik xalqları nağılları) - 2005; "Türk Dünyası Yer Adları" - 1997;

Tərcümə etdiyi əsərlər "Danabaş kəndinin əhvalatları" (Cəlil Məmmədquluzadə); "Kim dedi ki, Simurğ quşu var imiş!" (Kamal Abdulla); "Mən burdayam İlahi" (Vaqif Səmədoğlu); "Dualar kalıcıdır" (Tuna Kiremitçi); "Halarvadı" (Bəhlul Abdullayev) "Ingmar ja meri" - "İnqmar və dəniz" (Mari Teede)

İstinadlar

Xarici keçidlər Duyğulu könüllər (video) https://manera.az/index.php?newsid=11475 Estoniyada yaşayan şair Xaqani Qayıblı ilə görüş keçirilib https://sumqayitfakt.az/index.php?newsid=9436&seourl=estoniyada-yaayan-air-xaqani-qaybl-il-gr-keirilib&seocat=medeniyyet "Payız fonunda bir şairin portreti" Prof. Rüstəm Kamal Xaqani Qayıblı haqqında O yerlərlə nəfəs alıram Publika.az şair və Estoniya prezidentinin türk dilləri üzrə şəxsi tərcüməçisi ilə müsahibəni təqdim edir Xaqani Qayıblının kitabı çıxıb Azərbaycan şairi və tərcüməçisi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib Yeni nəşrlər: Xaqani Qayıblı-”Yenə canım söz gəzir” “Qürbətin verdikləri aldıqlarının yanında bir qara quruşa dəyməz” Baltik sahillərində böyük bir türk Estoniya prezidentinin azərbaycanlı tərcüməçisinin şeirləri Qürbətdə vətən ünvanı olmaq Xaqani Qayıblının şeirlərində qürbəti yarmaq inadı Molla Vəli Vidadinin yadigarı: 3 prezidentin tərcüməçisi Türklər İranda elə bir mövqedədirlər ki, bu mövqe ilə hesablaşmamaq mümkün deyil

Kateqoriya:Qayıbovlar (Qazax) Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Tartu Universitetinin məzunları