Möhtəşəm Yüz İl: Kösəm (Türkcə: Muhteşem Yüzyıl: Kösem) — Tims Productions tərəfindən hazırlanan^ "Kösem Başlıyor". Tims.tv. , Star TV tərəfindən 12 noyabr 2015 tarixində yayıma başlayan tarixi türk teleserialıdır. 2011–2014 tarixlərində yayımlanan Möhtəşəm Yüz il teleserialının davamı olaraq çəkilən serialın prodüseri Timur Savcı, ssenaristi Yılmaz Şahin, rejissorları isə Mert Baykal və Yağız Alp Akaydındır. Serialın ilk bölümləri Yunanıstanın Saqqız adasında çəkilmişdir.^ "Kösem Sultan dizisi nerede çekilecek?". Milliyet.com.tr Serialda Osmanlı padşahı I Əhmədin cülus mərasimi səhnələri üçün İstanbulun Hadımköy səmtində xüsusi studiya quruldu.^ "KÖSEM İçin Geri Sayım Başladı". Tims.tv. Bu səhnənin çəkimləri üçün Topqapı sarayının bir hissəsi ilə Babüssəadət və Babüssalam qapıları xüsusi olaraq yenidən hazırlandı.^ "AHMED, CİHAN SULTANI OLUYOR". Tims.tv Serialın mövzusu isə hələ 13 yaşında bir şahzadə ikən atası III Mehmedin vəfatı ilə taxta çıxan I Əhmədin və o illərdə saraya kölə olaraq gətirilən Kösəm Sultanın sevgisindən, ardından Kösəm Sultanın intiqam üçün girişdiyi taxt mübarizəsindən bəhs edir. Teleserial hələ televiziyada yayımlanmadan 50 fərqli ölkəyə satılmışdır."Kösem Sultan da Star'da!" . startv.com.tr.
Məzmun
1. mövsüm Atasının ani ölümünün ardından taxta çıxan Sultan Əhməd (Ekin Koç) kiçik qardaşını edam etdirməyəcəyini deyir. Bu əsnada Safiyə Sultanın əmriylə saraya gətirilən Anastasiya (Anastasia Tsilimpiou) Sultan Əhmədə hədiyyə edilir. Anastasiya ilk öncə evinə və ailəsinə dönmək istəsə də, saray ona burada qalacağını öyrədir və beləliklə, Sultan Əhmədə aşiq olaraq Kösəm (Beren Saat) adını alır. Kösəm 4 şahzadə ilə 4 sultan dünyaya gətirir və bütün düşmanlarına qalib gələrək hasəki sultan olur. İllər sonra Sultan Əhmədin vəfatı ilə Kösəm Sultan üçün qara qış başlayır. Sultan Əhmədin qardaşı Şahzadə Mustafa (Boran Kuzum) "Əkbər və Ərşəd" sistemi ilə taxta çıxır ancaq əqlən zəif olduğu üçün taxtdan endirilərək Kösəm Sultanın ögey oğlu Şahzadə Osman (Taner Ölmez) taxta oturur. Ancaq Sultan Osman yeniçəri orudusunu ləğv edib yeni bir ordu qurmaq istədiyi üçün yeniçərilər tərəfindən taxtdan endirilərək Yeddiqüllə zindanlarında qətlə yetirilir və Sultan Mustafa ikinci dəfə taxta çıxır. Daha sonra Kösəm Sultan tərəfindən taxtdan endirilərək taxta Şahzadə Murad çıxır.
2. mövsüm 11 yaşlı oğlu taxta keçəndə "səltənət naibəsi" olan Kösəm Sultan (Nurgül Yeşilçay) bütün düşmənlərini məğlub edərək əldə etdiyi güclə yanaşı, dövləti idarə edən bir validə sultan olmuşdur. Ancaq illər keçdikcə böyüyən oğlu Sultan Murad (Metin Akdülger) artıq dövlətin əsl idarəsini əlinə almaq istəyir. IV Murad əzmi, qabiliyyəti və qüdrətiylə Osmanlı imperiyasının Qanunidən sonrakı ən böyük padşahı oldu. Digər tərəfdən ailəsini və vətənini tərk edərək qaçan Şahzadə Farya (Farah Zeynəb Abdullah) ilə bir-birini sevən Sultan Murad anasına qarşı çıxdığı taxt mübarizəsində qardaşları Şahzadə Bəyazid (Yiğit Uçan) və Şahzadə Qasımı (Doğaç Yıldız) qurban versə də, məğlub olur.
Mövsümün sonunda Validə Kösəm Sultanın kiçik oğlu Sultan İbrahimin (Tugay Mercan) səltənət illəri əks olunur. Ancaq bu dəfə əvvəlki gücünü itirən Validə Kösəm Sultan dövlət işlərindən müvəqqəti də olsa uzaqlaşır. Nəhayət, yeganə oğlunu da öz əlləri ilə taxtdan endirən və edam etdirən Validə Kösəm Sultan nəvəsi Şahzadə Mehmedi taxta oturdaraq "validə-i müəzzəm" olaraq dövlət idarəsini yenidən ələ alır. Ancaq bu dəfə ki, rəqibi vaxtilə ən yaxın adamı olan Validə Turhan Sultandır (Hande Doğandemir). Öz əliylə yaratdığı bu düşməni ilə mübarizədə nəvəsini qurban verməyə hazırlaşan Validə Kösəm Sultan özü bu planın qurbanına çevrilir və o gecə qətlə yetirilir.
Aktyor heyəti
1. mövsüm RolAktyorOynadığı bölümlərKösəm SultanAnastasia Tsilimpiou / Beren Saat1–6 / 7–30. bölümSultan ƏhmədEkin Koç1–24. bölümSafiyə SultanHülya Avşar1–29. bölümHandan SultanTülin Özen1–19. bölümHəlimə SultanAslıhan Gürbüz1–30. bölümMahfiruzə SultanDilara Aksüyek1–15. bölümFəxriyə SultanGülcan Arslan1–14. bölümŞahzadə Yəhya (İsgəndər)Berk Cankat1–28. bölümIII Mehmed GərayKadir Doğulu1–26. bölümŞahin GərayErkan Kolçak Köstendil 1–14. bölümZülfikar PaşaMete Horozoğlu 1–30. bölümGölge Xatun Sasha Perera1–13. bölümCənnət XatunƏsra Dermancıoğlu1–30. bölümReyhan ağaEmre Erçil1–17. bölümBülbül ağaNadir Sarıbacak1–30. bölümDudu XatunNurinisa YıldırımNasuh PaşaSalah Tolga Tuncer1–21. bölümDərviş PaşaMehmet Kurtuluş 1–18. bölümSultan MustafaBoran Kuzum20–30. bölümSultan OsmanTaner Ölmez21–30. bölümŞahzadə MehmedBurak Dakak21–28. bölümAyşə SultanSude Zulal Güler 21–30. bölümŞahzadə MuradÇağan Efe Ak21–30. bölümHümaşah SultanVildan Atasever17–29. bölümDilruba SultanÖykü Karayel21–30. bölümMahmud Hüdayi HəzrətləriMuhammet Uzuner7–12. bölümHacı Mustafa ağaHakan Şahin3–60. bölümQuyucu Murad PaşaCihan Ünal10–21. bölümSüleyman ağaİhsan Önal27–29. bölümLələ Ömər ƏfəndiŞahin Sekman 21–30. bölümQara Davud PaşaMustafa Üstündağ21–30. bölümAqilə XanımBahar Selvi 28–30. bölümMələksima XatunBeste Kökdemir 21–30. bölümKürəkən Xəlil PaşaŞener Savaş21–56. bölüm
2. mövsüm RolAktyorOynadığı bölümlərKösəm SultanNurgül Yeşilçay31–60. bölümSultan MuradMetin Akdülger31–56. bölümFarya SultanFarah Zeynəb Abdullah31–52. bölümTopal Rəcəb PaşaKayra Şenocak 31. bölümSilahdar Mustafa ağaCaner Cindoruk31–52. bölümGövhərxan SultanAslı Tandoğan31–45. bölümNişançı Sinan PaşaEngin Benli31–57. bölümÖvliya ÇələbiNecip Memili31–41. bölümKəmankeş Mustafa Paşaİsmail Demirci31–60. bölümHezarfən Əhməd ÇələbiUshan Çakır31–41. bölümHasəki Aişə SultanLeyla Feray31–46. bölümBurnaz Ətiqə SultanEce Çeşmioğlu31–60. bölümEster XatunAlma Terzic32–45. bölümGülbahar SultanSibel Taşçıoğlu34–52. bölümÖmər bəy NəfiSerkan Keskin48–52. bölümZəkəriyazadə Yəhya ƏfəndiŞemsi İnkaya31–57. bölümAbxaz Mehmed Paşaİsmail Filiz -49. bölümMadam Marqarita / Meleki XatunBurcu Gül Kazbek31–60. bölümLaləzar Kalfaİdil Yener31–60. bölümŞahzadə BəyazidYiğit Uçan31–50. bölümŞahzadə QasımDoğaç Yıldız31–53. bölümSultan İbrahimRıdvan Aybars Düzey / Tugay Mercan31–57 / 57–60. bölümDəli Hüseyn PaşaÇağrı Şensoy33–60.bölümHüma Şah SultanMüge Boz57–60. bölümŞivəkar SultanGümeç Alpay Aslan57–60. bölümCindar Hüseyn ƏfəndiAli Düşenkalkar57–60. bölümLadikli Bayram PaşaAsil Büyüközçelik Dabanıyasdı Mehmed PaşaCengiz Okuyucu Körpülü Mehmed PaşaEmre Başer57–60. bölümƏmirgünə xan / Yusif PaşaEser Karibil55–57. bölümAhizadə Hüseyn ƏfəndiMetin Belgin31–44. bölümXədicə Müəzzəz SultanFiruze Gamze Aksu57–60. bölümSaliha Dilaşub SultanEce Guzel57–60. bölüm
Həmçinin bax Möhtəşəm Yüz İl (teleserial, 2011)
Mənbə Kateqoriya:2015-ci ildə başlayan Türkiyə teleserialları Kateqoriya:2017-ci ildə bitən Türkiyə teleserialları Kateqoriya:Osmanlı imperiyası haqqında teleseriallar Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları