Kamran Məmməd oğlu Bağırov () — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1982–1988).
Həyatı Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.
1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Onun ölkəyə rəhbərliyi dövründə Qarabağ münaqişəsi alonlanmağa başlasa da, K.Bağırov bu münaqişənin yaranmasının və böyüməsinin qarşısını ala bilmədiyini özü də etiraf edib. Bağırov vəzifədən getməsi ilə bağlı müraciətində bunları yazıb:
“Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm”
Vəzifədən çıxarıldıqdan sonra ona Moskvada 3 otaqlı mənzil və ittifaq əhəmiyyətli təqaüdçü statusu verildi. 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir.
Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Faiq Bağırzadə onun böyük qardaşıdır.
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları