İbrahim Əhməd oğlu Məmmədov () – Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000).
Həyatı İbrahim Məmmədov 1955-ci ildən C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir.
Əsas rolları: Yaşar, Rəbi ("Ya şar", "Od gəlini", Cəfər Cabbarlı), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundov), Bəxtiyar ("Komsomol poeması", Səməd Vurğun), Vahan ("Nakam qız", А. Şirvanzadə), Nəroğlan ("Qız atası", Ə. Əsgərov), Məşədi İbad, Mərcan bəy ("О, olmasın, bu olsun", "Ər və arvad", Üzeyir Hacıbəyov), Kərəmov ("Toy", S. Rəhman), Dadaş bala ("Hicran", Sabit Rəhman, Emin Sabitoğlu), Əli Paşa ("Nadir şah", Nəriman Nərimanov) və s.
İbrahim Məmmədov Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. Prezident təqaüdçüsü olmuşdur (2005).
2014-cü il sentyabr ayının 9-da Bənəniyar kəndində vəfat edib.
Ədəbiyyat
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Culfa rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri