Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu — Türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən beynəlxalq təşkilat.Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2015-ci il tarixli Sərəncamı . president.az, 07.05.2015
Tarixi 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında Fondun yaradılması təşəbbüsü ilə bağlı qərar qəbul edilmiş və həmin qərar 2010-cu il sentyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında dəstəklənmişdir. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Qırğız Respublikasının Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının hökumət başçıları tərəfindən qəbul edilmişdir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir. Hal-hazırda Aktotı Raimkulova Fonda başçılıq edir.
İstinadlar
Kateqoriya:Fondlar Kateqoriya:Bakıda yerləşən beynəlxalq qurumlar