Luis Alvis di Lima və Silva (; ) - Hersoq Kaşias (25 avqust 1803 - 7 may 1880) — Braziliya marşalı.
Bioqrafiyası 1851-ci ildə Braziliya ordusunun ali komandanı olaraq diktator Rosasa qarşı uğurlu əməliyyatlar keçirmişdir. 1857 və 1861-62 ci illərdə hərbi nazir və Kabinet başçısı, 1867-ci ildən isə Paraqvay müharibəsində Braziliya, Argentina və Uruqvayın ümumi ordu komandanı təyin edilir. 1869-ci ildə Paraqvayın paytaxtı Asunson zəbt edilir. Braziliya imperatoru II Pedro göstərişi ilə xəstəlik bəhanəsi ilə öz postunu Luis Filip Qaston di Orleansa təhvil verir. 1875 - 78 ci illərdə yenidən hərbi nazir və kabinet başçısı vəzifəsində calışır.
İstinadlar
Mənbə Árbol genealógico de Luis Alves de Lima e Silva, en Rodovid. Discurso del coronel Lima e Silva en la apertura de la Asamblea Legislativa de la Provincia de Maranhão, el 3 de mayo de 1840. Kabinet başçısı, Hərbi nazir Luis Alvis di Lima və Silva.
Kateqoriya:Braziliya hərbçiləri Kateqoriya:Braziliya nazirləri