MartuniAzərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki və Siyasi xəritəsi , Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi.

Tarixi Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.118.

1963-cü ildən şəhər tipli qəsəbədir.PDF versiyası, səh. 45. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözüМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.256 əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.

Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Oykonimin adı 1926-cı ildə dəyişdirilib Martuni qoyulmuşdur.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Ermənistan şəhərləri Kateqoriya:Göyçə mahalı Kateqoriya:Ermənistanın adı dəyişdirilmiş yaşayış məntəqələri Kateqoriya:Geğarkunik mərzinin yaşayış məntəqələri