Qozluçay — Araz çayının sol qolu.

Məzmun Qozluçay Arazın sol qoludur. Dizaq mahalmdakı dağlardan başlayır. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 28 km, hövzəsinin sahəsi 100 kvadrat km-dir. Başlanğıcını Kiçik Qafqazın cənub-şərq yamacının 1520 m hündürlüyündən götürür. Suyunun çox hissəsini yağış suları təşkil edir. Yalnız güclü yağışlar zamanı suyu Araza çatır. Daimi axara malik deyildir. Çayın suyundan suvarma işlərində qismən istifadə olunur.

Həmçinin bax Qozluçay döyüşü

İstinadlar

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Füzuli rayonu Kateqoriya:Xocavənd rayonu Kateqoriya:Arazın qolları