Tsuşima boğazı ( sseu-si-ma hae-hyeop) — Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Tsuşima boğazı Koreya boğazının bir qolu olaraq. Tsuşima və İki adaları arasında yerləşir. Uzunluğu 100 km, ən dar hissədə eni isə 47 km olaraq İki və Simodzima adaları arasında yerləşir. Boğazdan Tsuşima cərəyanı keçir. Bu cərəyan isti Krusio cərayanının bir hissəsidir. Tarixdə boğaz Tsuşima döyüşünə şahid olmuşdur. Döyüş 27–28 may 1905-ci ildə baş vermişdir. Rus-yapon müharibəsinin ən əhəmiyyətli döyüşü olaraq rus donanmasıbın Yapon imperiya ordusu tərəfindən darmadağın edilməsi ilə əlamətdardır. Yaponlar ümumilikdə Koreya yarmadasından Kyusyu adasına qədər olan hissəni Tsuşima boğazı adlandırırlar.

Mənbə Yapon Hidroqrafik Assosasiyası

Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Yaponiya boğazları