Qənirə Ələsgər qızı Paşayeva () — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı (2005–2023).

Həyatı Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir.

Vəfatı Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü ildə Qənirə Paşayeva 48 yaşında vəfat etmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi Subay idi. Firuzə adlı mənəvi qızı var idi.

Jurnalist fəaliyyəti 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.

2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Siyasi fəaliyyəti Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuşdur.

Somali səfəri Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.Qənirə Paşayeva Somalidə həkimlik edəcək . lent.az, 7. avqust 2012Azərbaycan millət vəkili Somalidə [Fotolar] . amerikaninsesi.org, 8. avqust 2012

Mükafatları Gürcüstanın fəxri vətəndaşı. "Şərəf" ordeni (Gürcüstan) "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Aşıq Ələsgər – 200" yubiley medalı (29 dekabr 2021). "Tatarıstan 1920–2020" yubiley medalı

Kitabları Tarixə adını yazan qadınlar Nobel mükafatlı qadınlar. Bakı: "Elm və təhsil", 2009. 456 səh. 1000 nüsxə Tarixə adını yazan qadınlar, 3 cilddə. Bakı: Ozan, 2011. Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən . H. Məmmədova ilə birgə. Bakı: "Elm və təhsil", 2011. Səndən sonra. Təbriz: 2020 Türk ruhunun söz bayrağı Əhməd Cavad Ağ filin uğur gətirdiyi ölkə — Tailand Sirlər dünyasına səyahət — Misir

Filmoqrafiya Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001) Erməni soyqırımı. Türkün sözü (film, 2001) Mənə inanın! (film, 2007) Ruhum qarabağlıdır (film, 2012)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədrləri Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın həkimləri Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri Kateqoriya:XXI əsr Azərbaycanın qadın yazıçıları