Kabaddi — Asiyada qədim və populyar komanda oyunu, özündə güləşlə yanaşı, bənövşə və digər bu kimi uşaq oyunlarının xüsusiyyətlərini cəmləşdirir. Kabaddinin vətəni Hindistan hesab olunur. Beynəlxalq səviyyədə ilk yarışma isə 1985-ci Dəkkədə keçirilmişdir. 1990-cı ildə kabaddi Pekin Asiya Oyunlarının proqramına daxil edildikdən sonra Asiya Oyunlarında əsas idman növlərindən biri olmuşdur. Kabaddi üzrə qadınlar arasında birinci yarış 2010-cu ildə Quançjouda keçirilmişdir.

Oyunun qaydaları Oyunun qaydalarına görə hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar.

Oyun o zaman başlayır ki, tərəflərdən biri, meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq "Kabaddi! Kabaddi!" deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançaının orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır. Lakin rəqib oyunçuya toxunduqdan sonra, nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var. Əgər rəqib komanda oyunçları onu saxlaya bilərsə, rəqib komandanın oyunçularından biri onun komandasının sahəsinə "hücum" etmək hüququ qazanır. Oyun o vaxta qədər davam edir ki, mübarizə edən komandalardan biri bütün oyunçilarının hamısını itirir, yəni bütün oyunçuları ikinci komandanın oyunçuları tərəfindən saxlanılaraq oyundan çıxırılmış olur.

Kabaddi üzrə dünya çempionatları thumb|right|300px|Kabaddi oyunu thumb|right|300px|Kabaddi oyunu Kabaddi üzrə birinci dünya çempionatı 2004-cü idə baş tutmuşdur, daha sonra — 2007, 2010, 2011-ci illərdə keçirilmişdir. Bütün 4 turnirdə Hindistan yığma komandası qalib gəlmişdir. II yeri isə 2 dəfə İran yığması(2007 və 2010), bir dəfə Pakistan (2004) və bir dəfə isə Kanada (2010) tutmuşdur.

Dünya çempionatlarının nəticələri İlI yerII yerIII yer 2011 Hindistan Kanada Pakistan 2010 Hindistan Pakistan Kanada 2007 Hindistan İran BanqladeşYaponiya 2004 Hindistan İran BanqladeşKanada

İştirakçı ölkələr Ölkə 2004 2007 2010 2011 Avstraliya 7 13 Argentina 9 Əfqanıstan 13 9 Banqladeş33 Böyük Britaniya 5 13 5 5 Vest-Hind 10 13 Almaniya 10 7 Hindistan1111 İran22 9 İspaniya 7 7 İtaliya 9 4 4 Kanada332 Qırğızıstan 13 Malayziya 10 5 Nepal 7 5 11 Norveç 5 Pakistan 923 ABŞ 5 13 Tailand 7 5 Türkmənistan 9 Şri-Lanka 5 11 Cənubi Koreya 7 9 Yaponiya 53

Həmçinin bax Kabaddi üzrə Dünya Kuboku 2014 Pəncab kabaddisi Azərbaycan qadın milli kabaddi komandası

İstinadlar

Xarici keçidlər

Welcome to this Wonderful Game of Kabaddi International Kabaddi Federation Asian Amateur Kabaddi Federation Amateur Kabaddi Federation of India Iran Kabaddi Federation Japan Kabaddi Association International Kabaddi Teams A Game Called Kabbadi

Kateqoriya:Asiyada idman Kateqoriya:Komanda idman növləri Kateqoriya:Yay olimpiya idman növləri Kateqoriya:İdman növləri Kateqoriya:Hindistan ixtiraları Kateqoriya:Asiya mədəniyyəti