Mişel Ferrero (; 26 aprel 1925, Dolyani, İtaliya – 14 fevral 2015, Monako) — İtalyan iş adamı; "Ferrero" şirkətinin sahibi, şokolad və digər şirniyyat məhsulları istehsalçısı.

Həyatı Mişel Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olmuş və ömrünün sonuna qədər ona rəhbərlik etmişdir.Kinder, Nutella, Rafaello-nun sahibi öldü- 23,4 milyard varidat . qafqazinfo.az, 15.02.2015 Onun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic Tac" kimi brendlər yaranmışdır.

İtaliyanın ən varlı adamı idi. 2013-cü ildə "Forbes" jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlamışdır.

Mişel Ferrero bir neçə aydır sürən xəstəlikdən sonra 89 yaşında - 14 fevral 2015-ci ildə Monakoda vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Forbes Michele Ferrero "Ferrero Group"un rəsmi saytı

Kateqoriya:İtaliyada doğulanlar Kateqoriya:Monakoda vəfat edənlər Kateqoriya:İtaliya milyarderləri Kateqoriya:Ferrero Kateqoriya:İtaliya iş adamları