Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşı (; ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru.

Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümum-Rusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümum-Rusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.

1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.

1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.

1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.

1920-ci ilin yanvar ayının 11-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur.

Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir.

Həyatı left|thumb|256x256px|Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəsir bəy Tahirov. Sankt-Peterburq, 1887-ci il Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Onun doğum tarixi ilə bağlı müəyyən mübahisələr olsa da, Rusiya Dövlət Arxivində saxlanılan doğum şəhadətnaməsində 1863-cü il göstərilib. O, ilk təhsilini müsəlman mədrəsəsində almışdır. Daha sonra Tiflis birinci klassik gimnaziyasında təhsil almışdır. Bu səbəbdən ona Qafqaz təqaüdü verilmişdir. 1868-ci ildə atası vəfat etmiş, ardınca da anası vəfat etmişdir. Bu səbəbdən o, nənəsinin himayəsində yaşamışdır. 1885-ci ildə gimnaziyanı bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur, lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmişdir. 1887-ci ildə 3-cü kursda oxuyarkən gizli tələbə təşkilatlarındakı iştirakına görə universitetdən xaric edilsə də, professorların müdaxiləsi ilə məhkəmənin qərarı karser cəzası ilə əvəzlənmiş və o, ali məktəbə bərpa olunmuşdur.

Əlimərdan bəy universiteti bitirən il dissertasiya müdafiə etmiş və hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Əlimərdan bəy Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir, lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov isə provaslavlığı qəbul etməkdən imtina etdi.

Əlimərdan bəy Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək Dairə Məhkəməsində çalışmışdır. O, əvvəlcə Tiflis Dairə Məhkəməsi sədrinin göstərişi ilə 2 sentyabr 1889-cu ildə Tiflis şəhəri Barışıq Məhkəməsində hakim köməkçi vəzifəsinə təyin olunmuş, 8 may 1890-cı ilə qədər bu vəzifədə çalışmışdır. Həmin sədrin göstərişi ilə 16 may 1899-cu ildən Məhkəmədə Mülkü Kollegiyanın katibi vəzifəsinə, Senatın Məlumat Yayım Departamentinin 20 dekabr 1891-il tarixli göstərişi ilə isə kollegiya katibi vəzifəsinə təyin edilmiş və katibliyin rəhbərliyi ona tapşırılmışdır. Senatın 22 iyun 1893-cü il № 87 saylı göstərişi ilə stajı nəzərə alınaraq titulyar müşavir təyin olunur və müşavirliyin rəhbərliyi ona tapşırılır. Senatın Məlumat Yayım Departamentinin № 28 saylı 1895-ci il tarixli göstərişi ilə isə kollegiya assessoru vəzifəsinə təyin olunur və burada da rəhbərlik ona həvalə edilir. Mülki işlərə dair 1895-ci il tarixli 17 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən azad edilir.

Əlimərdan bəy 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşova ilə ailə həyatı qurmuşdur. Həsən bəy Zərdabi qızı üçün Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi, amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Əlimərdan bəy 1896-cı ildə ailəsi ilə birgə Bakıya köçmüşdür.

Mühacirət 1918-ci ildən bəri Azərbaycan Nümayəndə Heyətinin sədri olaraq xaricdə fəaliyyət göstərən Əlimərdan bəy 1919-cu ilin başlanğıcından Parisdə yaşamağa başlamışdır.

Aprel işğalından sonra Fransada mühacir həyatına davam edən Əlimərdan bəy orada çətin günlər yaşamışdır. İşğaldan əvvəl Əlimərdan bəy Nümayəndə Heyətinin maddi problemləri ilə bağlı 1920-ci ilin yanvarın 29-da Ceyhun bəy Hacıbəyliyə məktub yazmışdır:

İşğaldan sonra maddi vəziyyəti çətinləşən Əlimərdan bəy bu barədə Ceyhun bəy Hacıbəyliyə məktublarında məlumat vermişdir. Ceyhun bəy Hacıbəyli 1928-ci ilin 30 iyulunda yazdığı bir məktubda onda və Nümayəndə Heyətinin kassasında pul olmadığını bildirmişdir. Əlimərdan bəy Topçubaşov isə 1931-ci ilin 17 aprelində yazdığı məktubda mənzillə bağlı dəhşətli məsələnin hələ həll edilmədiyini, ödəmək üçün "əjdaha" tələblər qoyulduğunu və onun bu tələbləri qarşılaya bilmədiyini qeyd etmişdir.

Əlimərdan bəyin 1926-cı ildə 25 yaşlı oğlu Rəşid bəy Topçubaşov vərəm xəstəliyindən vəfat etdi. Yaxın dostu Xəlil bəy Xasməmmədova 1931-ci ilin aprelin 2-də yazdığı məktubda bu o, bu haqda belə demişdir:Vilayət Quliyev. Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu . edebiyyatqazeti.az, 28. dekabr 2017

Əlimərdan bəy 1932-ci ilin aprelin 2-də yazdığı məktubda Heydər Bammata telefon etmək və yaxud onun yanına getmək imkanın və maliyyəsinin olmadığını, evdən çıxa bilmədiyini qeyd etmişdir. 1932-ci ilin 14 mayında yazdığı məktubda isə son günlərdə baş verən hadisələrlə bağlı əhvalının ikrahedici olduğunu, borcların üstələdiyini, soyuq olduğunu və ehtiyatlarının tam tükəndiyini yazmışdır. left|thumb|Əlimərdan bəyin dəfni. Soldan 5-ci Məhəmməd Əmin Rəsulzadədir Əlimərdan bəy Topçubaşov Ceyhun bəy Hacıbəylinin oğlunun məktəbdə təhsilinin davam etdirilməsi ilə bağlı 1932-ci ilin fevralın 26-da direktora xahiş məktubu da yazmışdır:

Ölümü Əlimərdan bəy 8 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat etmişdir. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir. Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və Rusiya imperiyasının dağılmasından sonra yaranan bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir.

Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir:

Daha sonra Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun xatirəsinə "Qurtuluş" jurnalında yazmışdır:"Qurtuluş" jurnalı. Berlin, 1934, № 2.

Siyasi-ictimai fəaliyyəti

Rusiya imperiyası və keçid dövrü

Qəzet fəaliyyəti 1896-cı ildə Bakıya gələn Əlimərdan bəy Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra məhkəmə proseslərini qazanmışdır. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. left|thumb|İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov. Bakı, 1894-cü il|220x220px

Əlimərdan bəy 1888-ci ildən "Bakinski torqovo–promışlennı listok"un redaktoru olmuşdur. 1897-ci ildə Nikolay Sokalinskinin ölümündən sonra "Kaspi" qəzetinin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski küçəsindəki binaya köçürür. 1898-ci ildə Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin Tağıyevin aldığı "Kaspi" qəzetində baş redaktorluq etməyə başladı. Əlimərdan bəy Topçubaşov 1898-ci ilin iyunun 24-dən 1907-ci ilin oktyabr ayının 20-nə qədər "Kaspi" qəzetinin baş redaktorluğunu etdi. Onun redaktoru olduğu dövrdə "Kaspi"də Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov kimi şəxslər yazılarla çıxış edirdi. Bu dövrdə onun "Müsəlmanlar azadlıq hərəkatında""Kaspi", 1905, № 216, "Müsəlmanların dirçəliş dövrü""Kaspi", 1905, № 222, "Milli qırğına nə vaxt son qoyulacaq?""Kaspi", 1905, № 225 məqalələri "Kaspi" qəzetində nəşr olunmuşdur

Əlimərdan bəyin 1905-ci ilə qədər "Kaspi" qəzatində 25 məqaləsi işıq üzü görmüşdür. Əlimərdan bəyin "Kaspi" qəzetinin baş redaktoru olması ilə qəzet daha çox ictimai maraq kəsb etməyə başladı. "Qafqaz təqvimi"ndə verilən məlumata görə 1899-cu ildə "Kaspi" qəzeti 2500 tirajla, 1900–1902-ci illərdə 3500 tirajla, 1904-cü ildə 5100 tirajla, 1906-cı ildə isə 10 000 tirajla nəşr edilirdi. Əlimərdan bəy həmçinin "Bakı" və "Həyat" qəzetlərinin də redaktoru olmuşdur.

Bakı general-qubernatoru Dimitri Odintsov polis departamentinə 1901-ci il 14 noyabr tarixində göndərdiyi tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, xüsusən də İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Dimitri Odintsov bir qrup azərbaycanlının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Birinci Dünya müharibəsi ərəfəsində milli mətbuat .s.97

Bakı Şəhər Dumasında Əlimərdan bəy Topçubaşov 1897-ci ilin oktyabr ayının 14-də Bakı Şəhər Dumasına keçirilən seçkilərdə 154 səs yığaraq Dumaya üzv seçilmişdir. Əlimərdan bəy Həbib bəy Mahmudbəyov və Fərrux bəy Vəzirovla birgə Bakı Şəhər Dumasına üzv seçilmiş ilk müsəlman şəxslər oldular.

Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və İllarion Vorontsov-Daşkov. Tiflis, 1906-cı il|150px|thumb

1901-ci ilin oktyabr ayının 29-u və noyabr ayının 18-də yeni qaydalar əsasında dörd il müddətinə Bakı Şəhər Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy yenidən üzv seçilmiş, seçkinin nəticələri 1902-ci ilin fevralın 25-də Tiflisdə Qafqazın Mülki Hissəsinin baş rəisi tərəfindən təsdiqləndikdən sonra o, Bakı Şəhər İdarəsinin sədri kimi fəaliyyətə başlamışdır. left|thumb|300x300px|İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbində. Ortada Hacı Zeynalabdin Tağıyev, oturanlardan soldan 1-ci Əlimərdan Topçubaşovdur. Bakı, 1901-ci il 1901-ci ildə İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin açılışı baş tutur. Açılışda məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşov da tədbirdə iclasda iştirak edərək təbrik məktubu oxumuşdur.