Şavkat Mirimanoviç Mirziyoyev (; ) və ya Şövkət Mirzəyev — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən)."Heydər Əliyev" ordeni laureatı (2026)

Həyatı Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur.

1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır.

Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir.

Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır.

Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.

2021-ci ilin oktyabrında Şavkat Mirziyoyev yenidən Özbəkistan Respublikasının Prezidenti seçilib.

23 avqust 2026-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Özbəkistan baş nazirləri Kateqoriya:Özbəkistan prezidentləri Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Daşkənd Suvarma və Kənd Təsərrüfatı Mexanikləşdirmə Mühəndisləri İnstitutunun məzunları