Müşfiq Hüseynov () — azərbaycanlı futbolçu. "Kəpəz", "Neftçi", "Qarabağ", MKT-Araz futbol klublarının oyunçusu olub. Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir. M. Hüseynov milli çempionatımızda 363 oyunda 141 qol vurub. "Qarabağ" klubunda məşqçilik karyerasına başlayıb. Azərbaycan milli futbol komandasında 3 oyun keçirib.

Həyatı Müşfiq Hüseynov 14 fevral 1970-ci ildə Ağdamda anadan olmuşdur. Uşaq yaşlarından futbola həvəsi onu bu sənətə peşəkar yanaşmasına səbəb olmuşdur.

Karyerası

Qarabağ Müşfiq Hüseynov Qarabağ klubunda ilk oyununu 1989-cu ildə keçirib. Həmin ildə 28 dəfə meydana çıxan Hüseynov, 6 dəfə fərqlənib. Növbəti mövsümdə 22 dəfə meydana çıxıb və 8 qolun müəllifi olub. Qarabağın heyətində SSRİ çempionatında, Milli çempionatda və kubokda 264 oyuna çıxıb və 151 qolun müəllifi olub. Uzun müddət kapitanı olub. Müşfiq Hüseynov həmçini Azərbaycan klublarından Qarabağın avrokuboklarda mərhələ keçməsində əsas pay sahibi olub. Beləki onun səfərdə Makkabiyə 2 qolu mərhələ keçməyə yardımçı olub.

Milli komanda karyerası Müşfiq Hüseynov Azərbaycan milli komandasının heyətinə ilk dəfə 1993-cü ildə dəvət olunub. Futbolçu milli komandada 3 oyun keçirib. Azərbaycan milli komandasıİlOyunQol199310199410199510Cəmi30

Məşqçilik karyerası

Qarabağ Müşfiq Hüseynov 2008-ci ildən Qarabağda baş məşqçi Qurban Qurbanovun köməkçisi olaraq çalışır.

Uğurları Qarabağ Azərbaycan SSR çempionatı Qalib (1): 1990 Azərbaycan SSR kuboku Qalib (1): 1990 Azərbaycan çempionatı Qalib (1): 1993 İkincilik (2): 1993–1994; 1996–1997; Üçüncülük (1): 2003–2004, Azərbaycan Kuboku Qalib (2): 1993, 2005–2006 Finalçı (2): 1995–1996, 1997–1998

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Ağdamda doğulmuş idmançılar Kateqoriya:Ağdamlı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:İmişli FK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular