Leyla Bəkir qızı İmanova () — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru.
Həyatı Leyla İmanova 30 noyabr 1960-cı ildə tanınmış alim Bəkir Nəbiyevin ailəsində dünyaya göz açmışdır. 1968–1975-ci illərdə Bakı şəhərində yerləşən 16 saylı musiqi məktəbini oxumuş, 1968–1978-ci illərdə isə 225 saylı orta məktəbi bitirmişdir. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır.
Ailəsi Nazim İmanovla ailəlidir, iki övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti 1984–1985 — Xəzər Gəmiçiliyinin Mərkəzi Klinik Xəstəxanası, intern həkim; 1985–1987–16 saylı şəhər poliklinikası, sahə həkimi; 1987–1988–16 saylı şəhər poliklinikası nəzdində AMEA Tibb Məntəqəsinin rəhbəri; 1988–2001 — AMEA Fiziologiya İnstitutu, Respublika Nevroloji Mərkəzi bazasında Kliniki Neyrofiziologiya laboratoriyası, baş elmi işçi; 1998–2000 — Türk – Amerika Tibb Mərkəzi, nevropatoloq həkim; 2001–2004 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İctimai Səhiyyə Proqramı, əlaqələndirici; 2004–2009 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Proqram direktoru (İctimai Səhiyyə proqramı, Zərərin Azaldılması Beynəlxalq proqramı, Beynəlxalq Palliativ Yardım proqramı, Səhiyyə Büdcəsinin monitorinqi proqramı, Psixi Sağlamlıq proqramı); 2006–2012 — HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond proqramının 4-cü və 9-cu raundlar üzrə Vətəndaş Sektoru hissəsinin rəhbəri; 2009–2012 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Sağlamlıq Hüququ və Siyasəti Proqramının direktoru; Səhiyyə sahəsində araşdırmaların və Milli Səhiyyə Proqramlarının hazırlanmasının təşkili, habelə ekspert qismində iştirak; İctimai Səhiyyə sahəsində 300-dən çox konfrans, seminar, dəyirmi masa və təlimin təşkili və nəticələrinin əlaqələndirilməsi, habelə eskpert qismində iştirak; İctimai Səhiyyə sahəsində 250-dən çox layihənin hazırlanması və icrasının əlaqələndirilməsi; Müxtəlif qurumların və işçi qrupların üzvü: Vərəm, Tütün, Palliativ Yardım və Uşaqların Müdafiəsi üzrə Şəbəkələrin üzvü, Ədliyə Nazirliyi Penitensiar xidmətinin Yetkinlik yaşına çatmamış uşaqlar üçün Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri, HİV/AİDS, Vərəm və Malyariya ilə mübatizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvü; Maliyyə və proqram hesabatlarının hazırlanması; BMT-yə HİV üzrə ölkə hesabatının "Vətəndaş sektoru" bölməsinin 2010 və 2012-ci illər üzrə müəllifi və əlaqələndiricisi; Qanun layihələrinin vətəndaş sektoru tərəfindən müzakirələrinin təşkili, təkliflərin formalaşdırılaraq Milli Məclisə təqdim edilməsi, o cümlədən HİV/AİDS və Sosial Xidmətlər üzrə Qanun layihələrinin hazırlanması dövründə MM Sosial Siyasət Komitəsi nəzdindəki işçi qruplarda vətəndaş sektorunun təmsilçisi; Çap materiallarının, metodik vəsaitlərin tərtib edilməsi, redaktəsi, nəşrə hazırlanması və nəşrinin əlaqələndirilməsi, dizayn işləri üzrə məsləhətçi; Soros Fondları Şəbəkəsinin Azərbaycan bölməsinin İctimai Səhiyyə proqramı üzrə ölkə strategiyalarının yazılması və Azərbaycanın maraqlarının təmsilçisi kimi müdafiəsi; Zərərin Azaldılması, Palliativ Yardım, Əlilliyi olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyası və reabilitasiyası üzrə proqram və maliyyə standartlarının hazırlanması; Yerli və beynəlxalq ekspertlərin işinin təşkili və əlaqələndirilməsi; 2012–2014 — "Qafqazın Strateji Tədqiqatlar İnstitutu" MMC – İnformasiya və təhlil şöbəsinin rəhbəri; 2014–2020 — AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru. 2021-indiyədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamentinin direktoru.
Mükafatları 1996-cı ildə "The British Council" təlim mərkəzindən İngilis dili üzrə Sertifikat 1998-ci ildə Nevrologiya və fiziologiya ixtisasları üzrə Tibb elmləri namizədi diplomu 1998-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutu tərəfindən Nevrologiya ixtisası üzrə sertifikatı 22 oktyabr 2018-ci ildə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tərəfindən "Qızıl xaç" ordeninə layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Prezident Kitabxanasında olmuşdur Leyla İmanova: "Nəsimi ili" çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən fəaliyyət planı hazırlanıb Leyla İmanova: Tədqiqat aparmaq üçün əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var MEK direktoru Leyla İmanova və professor Claudia Lux AzTV-nin Səhər proqramında qonaq.