Corc Herbert Volker Buş (; ) — Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti (1989–1993) və 43-cü vitse-prezidenti (1981–1989). Respublikaçılar partiyasının nümayəndəsidir. ABŞ-nin 43-cü prezidenti Corc Volker Buşun atasıdır.
Həyatı thumb|left|260px|Corc H. U. Buş ilə Heydər Əliyev balıq ovunda 1924 ilində Milton, Massaçusetsdə dünyaya gəldi. Konnektikut əyaləti senatorlarından bankir Preskot Şeldon Buş (1895–1972) ilə Doroti(uoker) Buş (1901–1992) cütlüyünün oğludur. Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviç, Konnektikuta köçdü. Buş Qrinviçdə böyüdü; orada ve Andover'də (Massaçusets) özəl məktəblərində oxudu. Andover'dəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birlikləri'nde ehtiyat zabit oldu. II. Dünya müharibəsi ərzində (1942–44) Sakit okeandakı təyyarə gəmilərində bombardman pilotu oldu. Üstün Uçuş Nişanını qazandı.
1945 də Barbara Pirs ilə evləndi. Cütlüyün altı övladı oldu. Qrinviçdən qayıtdıqdan sonra Yel universitetinə qəbul oldu və 1948 də buradan məzun oldu. Atasının işində işləmək istəmədi, lakin atasının əlaqələri ilə Texasda Zapata Petroleum Corporation (1953) və Zapata Off-Shore Company (1954) kimi şirkətlərin qurucu ortağı oldu.
1959 dan etibarən Hyustonda Respublikaçılar partiyasında vəzifələndi.1964 də senato seçimlərində uğursuz oldu.1966 da Təmsilçilər məclisinə seçildi. Daha sonra bu postu tərk edərək 1970də senaro seçimlərinə qoşuldu və yenə uğursuz oldu.1973 də Buş water scandal ı zamanı Respublikaçı Partiyasının Beynəlxalq Komitəsinin prezidenti oldu. 1980-ci ildə namizədliyini ortaya qoymaq üçün kampaniya başlatsa da sonra Ronald Reyqana dəstək olmaq üçün öz namizədliyindən əl çəkdi.Ronald Reyqan prezident olduğu zaman isə prezident köməkçisi oldu.1984 də ikinci bir dönəm üçün yenidən seçildi. Ronald Reyqan bağırsaq əməliyyatı olduğu üçün ABŞ tarixində qısamüddətli prezidentlik vəzifəsinə yiyələnən ilk prezident katibi oldu.
1988-ci ildə prezident seçkilərində yunan əsilli rəqibi Maykl Dukakis qarşısında 54 faiz səs toplayaraq, 41-ci ABŞ prezidenti oldu.
Prezidentlik dövrü Buş, Reyqanın izlədiyi siyasi yollarda ciddi bir dəyişikliyə baş vurmadı. SSRİ lideri Qorbaçovla bir neçə dəfə görüşərək qarşılıqlı silahsızlaşma haqqında danışıqlar apardı. 1992-ci ildə Demokratlar Partiyasının namizədi olan Bill Klintona məğlub oldu və siyasətdən birdəfəlik uzaqlaşdı.
Sonrakı illərdə 1993-cü ildə 2-ci Yelizaveta tərəfindən cəngavərlik titulu verildi.1993-ün aprelində Küveytə getdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Filips Akademiyasının məzunları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1992) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1988) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1980) Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Parkinson xəstəliyindən ölənlər Kateqoriya:Əlil arabası istifadəçiləri Kateqoriya:"Britaniya imperiyası" ordeninin cəngavər-komandorları Kateqoriya:XX əsr ABŞ diplomatları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Hökumət Kateqoriya:İkinci Dünya müharibəsi