thumbnail
Tariq ibn Ziyad (; ) — Əməvilərin Əlcəzair bərbər mənşəli müsəlman sərkərdəsi. 711–718-ci illərdə İspaniyada vesqotlara qarşı mübarizə aparmış və İspaniyanı fəth etmişdir.
Bioqrafiyası Bərbər mənşəli Nəfzavə və ya Zənatə qəbiləsinə mənsubdur. Məğrib yürüşləri vaxtı əsir düşmüşdür. Həmədan (İran) mənşəli olub, Şimali Afrikaya köçmüş bir qəbiləyə mənsub olduğu yaxud da ərəb olduğu haqqında fikirlər mövcuddur. Şimali Afrikanı fəthi sırasında Musa İbn Nusayrın ordusunda idi. Xəlifə 711-ci ildə Tariq İbn Ziyad Mardanşahı 7000 nəfərlik ordu ilə İspaniyanı fəth üçün göndərir. Müsəlmanlar İspaniya sahillərinə çıxan kimi Tariq İbn Ziyadın əmriylə bütün gəmilər yandırılır. Tezliklə Tariq Vestqot hökmdarı Roderikin böyük ordusunu Quadalete ətrafında darmadağın edir.
İstinadlar
Kateqoriya:670-ci ildə doğulanlar Kateqoriya:720-ci ildə vəfat edənlər Kateqoriya:Ərəb generallar Kateqoriya:İslam hökmdarları Kateqoriya:Əməvi sərkərdələri