Qədir Hüseynov () — Azərbaycan şahmatçısı, qrosmeyster (2002).
Həyatı 1994-cü ildə 8 yaşındaikən Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra o nəinki dünyanın ən gənc FİDE ustası adını qazanır və həmçinin Ginnesin Rekordlar Kitabına düşür, hətta Azərbaycanda birinci şahmatçı olur, hansı ki Müstəqil Azərbaycan Respublikası yarandığı 1991-ci ildən sonra Azərbaycan şahmat tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı gətirdi.
Şahmat oynamağı Qədirə 6 yaşında olarkən atası öyrətmişdi. İlk dəfə olaraq şahmat məktəbinə Gəncə şəhərində getmişdi. Tezliklə Respublika Çempionatında üçüncü yeri tutaraq o gənclər arasında Avropa çempionatında iştirak etmək hüququ əldə edir. Şahmatçının ailə vəziyyətinin yaxşı olmaması səbəbindən onun bu yarışda iştirakı sual altında idi. Həmin illərdə Azərbaycan müharibə şəraitində Yaxın qohumunun koməyi sayəsində Qədir Hüseynov bu turnirə qatılır və gənclər arasında Avropa çempionatının qalibi olur.
Qədirin ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev idi, daha sonra onu məşqçi Qurviç çalışdırmışdı. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dörd ən güclü şahmatçını qəbul etmişdir, onların arasında gənc şahmatçı Qədir Huseynov var idi.
2002-ci ildə 15 yaşında ikən o, beynəlxalq qrosmeyster normasını yerinə yetirmişdi. Bu andan etibarən dəyişilməz olaraq Azərbaycan yığma komandasının heyətində bütün Olimpiada və Avropa birinciliklərində iştirak edir.
7–9 may 2009-cu ildə Bakıda keçirilmiş Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident Kuboku" turnirində Azərbaycan Yığması Dünya yığmasına qarşı Azərbaycan yığma komandasının heyətində çıxış etmişdir.
Uğurları Dünya şahmat tarixində ilk dəfə olaraq 8 yaşında FİDE Ustası olub 1994 – 10 yaşaqədər şahmatçılar arasında Avropa çempionu, Beile-Xerkulane, Rumıniya 1994 – Dünyada ən gənc FİDE ustası 1995 – Moskva çempionatında 10 yaşaqədər şahmatçılar arasında 2-ci yer 1995 – 10 yaşaqədər şahmatçılar arasında Rusiya çempionu 1996 – 10 yaşaqədər şahmatçılar arasında Moskva və Rusiya çempionu 1996 – 10 yaşaqədər şahmatçılar arasında Avropa çempionatının bürünc mükafatçısı 1997 – 12 yaşaqədər şahmatçılar arasında Avropa çempionatının gümüş mükafatçısı 1998 – 12 yaşaqədər şahmatçılar arasında Rusiya çempionu 1998 – 12 yaşaqədər şahmatçılar arasında Avropa çempionatının bürünc mükafatçısı
İstinadlar
Xarici keçidlər
FIDE Chess Profile Gadir Guseinov. Chess-DB.com Gadir Guseinov. Chessgames.com Gadir Guseinov. 365Chess.com Guseinov, Gadir. OlimpBase.org
Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Rusiya azərbaycanlıları