İsgəndər Xəlilov — sahibkar, "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi.

Həyatı və fəaliyyəti

1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləmişdir. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olmuşdur. 1991-ci ildə "LUKoyl" — Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl" - Türkiyə" nümayəndəliyi İdarə Heyətinin rəhbəri olmuşdur. 2000-ci ildə "Slavneft"in Neft-qaz şirkətində fəaliyyətə başlamışdır. "Slavneft"in İdarə Heyətinin üzvü, xarici iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti olmuşdur. 2003-cü ilin fevralından "LUKoyl" Oversiz Holdinq LTD"-nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləmişdir. Geologiya mineralogiya elmləri doktorudur. Rusiya, MDB ölkələri və uzaq xarici ölkələrdəki neft biznesi ilə bağlı olan, peşəkar dairələrlə geniş işgüzar əlaqələrə malikdir.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Xarici keçidlər http://diaspora.gov.az/index.php?options=content&id=550

Mənbə Azərbaycan Diasporu Enskilopedik Məlumatlar Toplusu

Kateqoriya:Rusiya azərbaycanlıları