Nizami dövrü memarlıq abidələri — Cəfər Qiyasinin Nizami Gəncəvi dövrü tarixi Azərbaycan ərazisindəki memarlıq abidələrindən bəhs edən kitabı.
Məzmun Kitab "Ön söz", "Ərəfə", "Yüksəliş dövrü" başlıqlı giriş tipli hissələrlə başlayır.
Məqalələr "Məscidlər", "Türbələr", "Körpülər" və "Qalalar" başlıqları altında təsnif olunmuş və yerləşdirilmişdir.
"Memarlıq bəzəyi" başlığında dövrün müxtəlif memarlıq bəzəkləri haqqında məlumat verilir. "Memarlar" bölməsində isə Nizami Gəncəvinin öz əsərlərində haqqında məlumat verdiyi memarlar haqqında bəzi qeydlər yar almışdır.
Kitab "Əsas ədəbiyyat" başlığı ilə sona çatır. Burada müəllif istifadə etdiyi mənbələri qeyd etmişdir.
İstinadlar
Həmçinin bax
Cəfər Qiyasi Nizami Gəncəvi
Xarici keçidlər
Kateqoriya:Memarlıq Kateqoriya:1991-ci ilin kitabları