Əlibəy Nəzərəli oğlu Novruzi () — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).
Həyatı Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır..
Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub.
"Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb.
Əlibəy Novruzi Sumqayıtın baş memarı olub.
600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur.
Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1978Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı "Azərbaycan Respublikasının əməkdar arxitektoru" fəxri adı — 20 dekabr 1991 Akademik Mikayıl Hüseynov mükafatı
Kitabları "Svilizasiya", 1999-cu il "Bir Portretin Tarixçəsi",
İstinadlar
Ədəbiyyat "Müasir Azərbaycan Memarları 2010", kitabı "Alibek Novruzi", kitabı "Svilizasiya", kitabı "Город" jurnalı, 2011, noyabr sayı
Kateqoriya:Azərbaycan Respublikasının əməkdar memarları Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycan Memarlar İttifaqının üzvləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ memarları