QONQO () — ingilis dilində "Dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatı" () ifadəsindən yaranmışdır. Nominal olaraq müstəqil, əslində isə dövlətin göstərişi, təşəbbüsü və/və ya iştirakı ilə yaradılmış və ölkə daxilində və xaricdə dövlətin mənafeləri üçün işləyən qeyri-hökumət təşkilatlarını işarələmək üçün istifadə olunan abbreviaturadır.Natalie Steinberg, "Background Paper on GONGOs and QUANGOs and Wild NGOs," World Federalist Movement Institute of Global Policy, 2001

Belə yalançı qeyri-hökumət təşkilatları adətən qeyri-demokratik hökumətlər tərəfindən yaradılır və maliyyələşdirilirlər və mövcud iqtidarın mövcudluğuna və hərəkətlərinə haqq qazandıran vətəndaş cəmiyyəti təmsilçiləri kimi istifadə olunurlar.Naím, Moisés: Democracy’s Dangerous Impostors , The Washington Post, 21 April 2007.

Yalançı qeyri-hökumət təşkilatları başqa dövlətlərin daxili siyasətlərinə müdaxiləyə haqq qazandırmaq üçün də istifadə oluna bilərlər.

Həmçinin bax

İrəli (ictimai birlik)

İstinadlar

Kateqoriya:Qeyri-hökumət təşkilatları Kateqoriya:Dövlət təşkilatları Kateqoriya:İngilis dilində ifadələr