Laynus Karl Polinq (; )Dunitz, J. D. (1996). "Linus Carl Pauling. 28 February 1901–19 August 1994". Biographical Memoirs of Fellows of the Royal Society 42: 316–326. — ABŞ kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır.Rich, A. (1994). "Linus Pauling (1901–1994)". Nature 371 (6495): 285.

XX əsrin ən mühüm kimyaçılarından biridir.The Scientific 100: A Ranking of the Most Influential Scientists, Past and Present ". Retrieved December 19, 2010. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır.

Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir. Həmin il ondan başqa kimya və fizika ilə bağlı tədqiqatlarına görə Mariya Küri, kimya ilə bağlı tədqiqatlarına görə Con Barden mükafat almışdır.As Watson attests, Pauling also came close to being the discoverer of DNA's structure, for which Francis Crick, James Watson and Maurice Wilkins received the Nobel Prize. Laynus Polinq növbəti illərdə C vitamini ilə bağlı tədqiqatlar aparmışdır. Bu mövzuda yazdığı məqalə və əsərlər mühüm elmi əhəmiyyətə malikdir.

Həyatı

Uşaqlığı thumb|150px|Atası Herman Henri Uilyam Polinq Laynus Polinq ABŞ-nin Oreqon ştatının Portlend şəhərində anadan olub."Linus Pauling's Childhood (1901–1910)". Special collections. Oregon State University Libraries. Retrieved April 25, 2013."Linus Pauling". NNDB: Tracking the entire world. Soylent Communications. Retrieved April 25, 2013. Atası Herman Henri Uilyam Polinq (1876–1910) Missuri ştatının Konkordiya şəhərindən, anası Lusi İzabella Darlinq (1881–1926) isə Oreqon ştatının Lonerok şəhərindən idi. Herman əczaçı idi və işində uğursuz bir adamdı. Buna görə də 1903–1909-cu illər arasında Oreqon ştatında bir neçə dəfə (son olaraq Portlendə) köçmüşdü. Hermen 1910-cu ildə mədə xorası nəticəsində ölmüşdü. İzabella sonradan Cozef Ney ilə evlənənə qədər övladları Laynus, Pol və Frensis ilə tək qalmışdı.

Laynus Polinq oxumağı çox sevən uşaqdı. Atasının yazdığı məktub və kitabları oxuyurdu. Laynus Polinq ibtidai sinifdə oxuyarkən, dostu Lloyd Ceffers öz otağında kiçik bir kimya laboratoriyası qurmuşdu. Laynus Polinq sonradan kimya mühəndisi olmasına bu laboratoriyanın təsiri olmuşdu.Goertzel and Goertzel, s. 17.

Orta məktəbdə oxuyarkən Laynus Polinqin kimyaya olan marağı davam etdi. Atasının iş yerinə yaxın olan polad müəssisəsində gecə mühafizəçisi olaraq işləməyə başladı.

Laynus Polinq məktəbdə "Amerika tarixi" dərsindən lazım olan qiyməti ala bilmədiyi üçün diplomunu bir il tez ala bilmədi. 45 il sonra, Laynus Polinq Nobel mükafatını qazandığı zaman məktəb bu diplomu ona hədiyyə etdi.Linus Pauling Biography, Nobelprize.org

Kollec və universitetdə oxuduğu illəri thumb|150px|Laynus Polinq Oreqon Aqrar Kollecindən məzun olarkən, 1922 1917-ci ildə Laynus Polinq Oreqon Aqrar Kollecinə daxil oldu.Goertzel and Goertzel, s. 22. Bura hal-hazırda Oreqon Ştatı Universiteti olaraq fəaliyyət göstərir. Kollecdə oxuduğu illərdə Delta Upsilon adlı birlik ona dəstək göstərdi.Swanson, Stephen (October 3, 2000). "OSU fraternity to donate Pauling treasures to campus library". Oregon State University. Retrieved April 29, 2013. Çünki maddi cəhətdən çətinlik çəkirdi. O, düşünürdü ki, eyni anda həm oxumağa, həm də işləməyə məcburdur. Kollecin ikinci ilində anasına maddi cəhətdən dəstək olmaq üçün işə başlamağı planlaşdırırdı, amma kollec ona kurslarda köməkçi olmağı təklif etdi. Bu təklif ona təhsilini davam etdirməyə kömək oldu.

Növbəti iki ildə atom və kimyəvi maddələrlə bağlı apardığı tədqiqatlarla Gilbert Levis və İrvinq Lenqmuirin maraq dairəsinə düşməyi bacarmışdı.Goertzel and Goertzel, s. 29. O, fizika və kimya sahəsində tədqiqatlara və kvant kimyasının bünövrəsini qoymağa başladı.

1922-ci ildə Laynus Polinq kolleci fərqlənmə ilə bitirdi. Kaliforniya Texnologiya İnstitutunda Roskoe Dikinsonun nəzarətində kimya mühəndisliyi ixtisasında təhsil almağa başladı. Bu müddət ərzində o, rentgen şüalarının kristallara olan təsirini müşahidə etdi. 1925-ci ildə fiziki kimya və fiziki riyaziyyat mövzuları üzrə doktorluq müdafiə etdi.

Ailə həyatı thumb|right|Laynus Polinqin ailəsi. 1954-cü ildə Stokholmda Kimya üzrə Nobel mükafatının mərasimi. (Oturanlar soldan sağa: Laynus Polinq, Piter Polinq və Linda Polinq; ayaq üstə sağda: Krellin Polinq) Həmin illərdə Laynus Polinq ev iqtisadiyyatı üçün kimya dərsini keçərkən tələbəsi olan Ava Helen Miller ilə tanış oldu. 17 iyun 1923-cü ildə isə o, Helen Miller ilə evlənir.

Ailə üzvləri Atası: Herman Henri Uilyam Polinq (əczaçı, Missuri) Anası: Lusi İzabella Darlinq (Oreqon) Həyat yoldaşı: Ava Helen Miller (Oreqon) Oğlu: Laynus Karl Polinq (1925, Honoluluda yaşayır) Oğlu: Piter Ceffers Polinq (1931–2003), kimyaçı və kristallarla maraqlanan alim. Ölümünədək Uelsdə yaşayıb. Oğlu: Edvard Krellin Polinq (1937–1997), San Fransisko Ştatı Universiteti və Kaliforniya Universitetində biologiya professoru idi. Qızı: Linda Helen Polinq (1932) 15 nəvəsi və 19 nəticəsi vardır.

Ölümü Laynus Polinq 19 avqust 1994-cü ildə prostat xərçəngi səbəbindən öldü. ABŞ-nin Oreqon ştatının Osveqo gölü yaxınlarında yerləşən Pioner məzarlığında dəfn olundu.

Fəaliyyəti Laynus Polinq görkəmli fiziklərlə işləmək üçün Avropaya getdi. O, burada alman fizik Arnold Sommerfeld ilə Münxendə, danimarkalı fizik Nils Bor ilə Kopenhagendə, avstriyalı fizik Ervin Şredinger ilə Sürixdə tədqiqatlarda iştirak etdi. Bu üç fizik kvant fizikası və fizikanın digər bölmələrində ixtisaslaşmış alimlərdi. Oreqon Aqrar Kollecində təhsil alarkən Laynus Polinq kvant fizikası ilə bağlı nəzəriyyə düşünmüşdü. Buna görə də ona kömək olması üçün atomun elektron modeli mövzusunda mütəxəssislər axtarırdı. O, Avropada hidrogen atomları haqqında Volter Heitler və Fritz London ilə birlikdə tədqiqat apardı. Laynus Polinqin Avropada keçirtdiyi iki il onun sonrakı fəaliyyətində çox mühüm rol oynadı. Kvant kimyasının ən mühüm simalarından biri idi və bu mövzuda tədqiqat aparan ilk alimdi. 1927-ci ildə Kalteçdə kimya nəzəriyyəsi üzrə professor köməkçisi işləməyə başladı.

Laynus Polinq fakültə karyerasına Kalteçdə başladı. Məhsuldar keçən 5 ildə o, rentgen kristallarına diqqətini artırdı, kvant mexanikası ilə atom və molekulyar hesablamalar apardı. Bu beş ildə apardığı tədqiqatları 50 səhifəlik bir əsər şəklinə saldı. Bu əsərə özünün kəşf etdiyi və sonradan Polinq qanunları kimi tanınan 5 maddə əlavə eləmişdi. 1929-cu ildə qismən, 1930-cu ildən isə tam şəkildə professorluğa yüksəldi. 1930-cu ildə Amerika Kimya Birliyi tərəfindən 30 yaşında gənc olmasına baxmayaraq elmdə göstərdiyi fəaliyyətinə görə Lenqmuir mükafatına layiq görüldü.Tom Hager (December 2004). "The Langmuir Prize". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008. 1932-ci ildə Laynus Polinqin ən mühüm elmi işlərindən biri olan orbital hibritasıya haqqında yazdığı tədqiqatı dərc olundu. Bu tədqiqatda karbon atomunun orbitlərinin analizinin necə aparıldığı izah olunurdu.Linus Pauling (March 1932). "The nature of the chemical bond. III. The transition from one extreme bond type to another.". Journal of the American Chemical Society. Retrieved February 29, 2008.

Kalteçdə yaxın dostu olan və hər il təhsil üçün Berkli Kaliforniya Universitetindən Kalteçə gələn fizika nəzəriyyəçisi Robert Oppenqeymer ilə birlikdə yeni bir kəşf etdilər. İkisi birlikdə təbii kimyəvi birləşmələr haqqında tədqiqat apardılar. Oppenhaymer bu işin riyazi, Laynus Polinq isə kimyəvi tərəfinə dəstək olurdu. Bu yaxın əlaqələr Laynus Polinqin Oppenhaymer ilə həyat yoldaşının yaxınlaşmasından şübhələnməsindən sonra başa çatır.Thomas Hager (1995). Force of Nature: The Life of Linus Pauling. Simon & Schuster. ISBN 0-684-80909-5., s. 152 Daha sonralar Oppenhaymer Laynus Polinqi Manhetten layihəsinə kimya mütəxəssisi kimi dəvət edir. Buna baxmayaraq Laynus Polinq sülh tərəfdarı olduğunu bildirərək, bu dəvətdən imtina edir.

1930-cu ildə Laynus Polinq elmi fəaliyyətlə bağlı yenidən Avropaya səyahət edir. Burada o, elektronların rentgen şüalarının təsirinə məruz qalarkən fərqli reaksiya verdiklərini müşahidə edir. Tələbələrindən biri olan L. Brokvey elektronların yaydığı enerjini ölçən qurğu kəşf edir. Bu qurğu ilə ağır atomlar müşahidə olunur.

Laynus Polinq 1932-ci ildə elmə elektron neqativliyi anlayışını gətirir. Molekulların müxtəlif xüsusiyyətlərindən istifadə edərək, kimyəvi birləşmələri ayırdığını, molekulların momentlərinin hesabını və aralarında olan bucağı təyin etdiyini elan edir.Linus Pauling (1930s). "Notes and Calculations re: Electronegativity and the Electronegativity Scale". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008.

Təbii kimyəvi birləşmələr mövzusundakı tədqiqatları 1930-cu illərdə təbii kimyəvi birləşmələr mövzusunda tədqiqatlar yazmağa başlayır və bu yazılar 1939-cu ildə çap olunur. Bu tədqiqatlar sonradan Kimya üzrə Nobel mükafatını almağına səbəb olan təbii kimyəvi birləşmələrin kompleks materiallarının izah olunması məsələsinin bünövrəsini təşkil edir. Laynus Polinq bu tədqiqatını "Təbii kimyəvi birləşmələr" adlı məşhur kitabda şərh etmişdir.Thomas Hager (December 2004). "The Nature of the Chemical Bond". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008. Bu kitab ilk nəşrindən 30 il keçdikdən sonra 16000 ədəd nəşr olunmuşdu. Bu say günümüzə qədər də elmi əsərlər üçün nadir görünən, böyük nəticədir.

Laynus Polinqin tədqiqatlarının bir hissəsi təbii kimyəvi birləşmələrdə orbital hibritasiyanı izah edirdi.Linus Pauling (1928). "London's paper. General ideas on bonds.". Oregon State University Libraries Special Collections. Retrieved February 29, 2008. Elektronların atomların orbitinə s, p və başqa düzülüşlərini izah edirdi. Karbon atomunda elektronların bir 2s və üç 2p orbitlərində yerləşdiyini və sp³ hibritləşmənin olduğunu müəyyən etdi. Etilenin tərkibindəki karbon atomlarının isə sp² hibritləşməsinə məruz qaldığını 2pz orbitinin isə hibritləşmədiyini elan etdi.

Digər bir sahədəki kəşfi isə ionlaşmış birləşmələr əmələ gətirən atomların bir-biri ilə elektron mübadiləsi aparmağı hadisəsi idi. Kovalent birləşən atomların isə elektron mübadiləsi aparmadığını, bəzi elektronlardan isə ortaq istifadə etdiklərini müəyyənləşdirdi. Kimyəvi birləşmələrin ayrılması üçün çoxlu enerjinin gərəkli olduğunu bildirdi.

Laynus Polinqin üzərində işlədiyi üçüncü mövzu isə benzindəki aromatik hidrokarbonların prototipini təkmilləşdirmək və modelini yaratmaqdı. O günə qədər benzin haqqında ən yaxşı tədqiqatı alman alimi Fridrix Kekule aparmışdı. Onun fikrincə iki birləşmə arasında tək və cüt bağ vardı, amma cüt bağların olduğu yerdə tək bağların da olması vəziyyəti mürəkkəbləşdirirdi. Laynus Polinq isə bunun səbəbini kvant kimyası ilə açıqlamağa çalışdı.

Bioloji molekullar haqqında tədqiqatları thumb|DNT-nin 3D animasiyası XX əsrin 30-cu illərinin ortalarında Laynus Polinq Rokfeller fondunda Uoren Uiverin biologiya ilə bağlı prioritetləri maliyyələşdirməsinin təsiri ilə yeni sahələrlə maraqlanmağa başladı.