Materiyanın əsas növləri Maddə Antimaddə Sahə

Cismin çəkisi Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi — cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir.

Çəkisizlik Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisinin onun ağırlıq qüvvəsinə olan nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. Şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməzsə P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir. Yalnız Yerin cazibə qüvvəsinin təsiri altında hərəkət edən istənilən cisim çəkisizlik halındadır.

Əvəzləyici qüvvə Qüvvə vektorial kəmiyyət olub, üc əlaməti ilə təyin olunur: istiqaməti tətbiq nöqtəsi ədədi qiyməti

Cismə eyni zamanda bir neçə qüvvənin birlikdə göstərdiyi qədər təsir göstərən qüvvəyə əvəzləyici qüvvə deyilir. Bir düz xətt üzrə eyni istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisi həmin qüvvələr istiqamətində yönəlir, onun modulu isə toplanan qüvvələrin modulları cəminə bərabərdir R=F1+F2. F1 və F2-toplanan qüvvələr, R-əvəzləyici qüvvədir. Bir düz xətt üzrə əks istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisi, modulu böyük olan qüvvə istiqamətində yönəlir, onun modulu isə toplanan qüvvələrin modulları fərqinə bərabərdir: R=F1-F2.

Kateqoriya:Fizika Kateqoriya:Materiya

Kateqoriya:Fundamental fiziki anlayışlar