Ağ atlar üçün vals — tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Teletamaşada əsas rolları Loğman Kərimov, Nübar Novruzova, Məhbubə Məlikova və Yasin Qarayev ifa edirlər.
Məzmun Televiziya tamaşası Özbəkistanın rayonlarından birində pambıq yığımında baş verən saxtakarlıq hadisəsindən bəhs edir. Traktorçu Teşa (Loğman Kərimov) isə bu saxtakarlığın üstünü açmağa çalışır. Lakin işin bir tərəfi istədiyi qız Zümrada (Nübar Novruzova), bir tərəfi də bacısı Munisə (Məhbubə Məlikova) toxunanda işlər qarışır...
Film haqqında Televiziya tamaşası özbək yazıçısı Şərəf Başbəyovun əsəri əsasında ekranlaşdırılmışdır.
Rollarda Loğman Kərimov — Teşa Nübar Novruzova — Zümrad Məhbubə Məlikova — Munis Yasin Qarayev — Turqun Elxan Ağahüseynoğlu — Soltan Mirvari Novruzova (Mirvarid Novruzova kimi) — Həlimə xala Süleyman Ələsgərov — Camal ata
Filmin üzərində işləyənlər Əsərin müəllifi: Şərəf Başbəyov Rejissor: Bünyad Məmmədov Operator: Fərman Nəbiyev Rəssam: Rəfael Əsədov Bəstəkar: Cavanşir Quliyev
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1987-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
İstinadlar
Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər