Vasili Pavloviç Aksyonov (; ) — rus yazıçısı. O, Qərbdə "Yanıq" "Moskva saqası" əsərlərinin müəllifi kimi tanındı. "Moskva saqası" Qradovlar ailəsinin üç nəslinin, 1925–1953-cü illər arasındakı həyatını izləyən bir ailə salnaməsidir.
Həyatı Vasili Pavloviç Aksyonov 20 avqust 1932-ci ildə SSRİ-nin Kazan şəhərində Pavel Aksyonov və Yevgeniya Ginzburqun ailəsində anadan olub. Onun anası Yevgeniya Ginzburq uğurlu bir jurnalist və pedaqoq idi, atası Pavel Aksyonov isə Kazan administrasiyasında yüksək vəzifə tuturdu. Hər iki valideyn "tanınmış kommunistlər" idi. Obituary: Vasily Aksyonov: Libertarian Russian writer and leading light in 'youth prose', he fell afoul of the KGB. Mark Yoffe. The Guardian (London) – Final Edition July 16, 2009. GUARDIAN OBITUARIES PAGES; pg. 34. Vasily Aksyonov, 76, Exiled Soviet Writer. SOPHIA KISHKOVSKY. The New York Times July 8, 2009. Section A; Column 0; Obituary; pg. 23. Lakin 1937-ci ildə hər ikisi guya trotskiçilərlə əlaqəsinə görə həbs edilərək mühakimə olundu. Onların hər ikisi əvvəlcə QULAQ-a, sonra isə sürgünə göndərildi və hər biri 18 il cəza çəkdi, lakin möcüzəvi şəkildə sağ qaldı.Sonralar Yevgeniya Stalin repressiyasının qəddarlığını sənədləşdirən məşhur xatirə kitabının ("Into the Whirlwind") müəllifi kimi tanındı.
NKVD onu "xalq düşmənlərinin oğlu" kimi həbs edənə qədər Vasili Aksyonov dayəsi və nənəsi ilə birlikdə Kazanda qaldı və ailəsinə onun harada olması barədə heç bir məlumat vermədən uşaq evinə göndərildi. Aksyonov 1938-ci ildə əmisi tərəfindən xilas edilənə qədər orada qaldı və anası 10 il məcburi əmək çəkdikdən sonra sürgünə buraxılana qədər əmisi ilə ailəsinin yanında yaşadı.1947-ci ildə Vasili məşhur Maqadan, Kolıma həbs düşərgəsi bölgəsində sürgündə olan anasının yanına getdi və orada orta məktəbi bitirdi.Vasilinin ögey qardaşı Aleksey (Ginzburqun Dmitri Fyodorovla ilk nikahından olan oğlu) 1941-ci ildə mühasirədə olan Leninqradda aclıqdan öldü.
Düşərgələrdə həkimlərin sağ qalmaq şansının daha yüksək olduğunu görən valideynlər Vasili Aksyonovun tibb sahəsinə yönəlməsinə qərar verdilər. Buna görə də o, Kazan Dövlət Universitetinə daxil oldu və 1956-cı ildə Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetini bitirdi və sonrakı 3 il həkim kimi çalışdı.Tibb tələbəsi olduğu müddətdə MGB Dövlət Təhlükəsizlik Nazirliyi) tərəfindən nəzarətə götürüldü və onlar onun barəsində dosye hazırlamağa başladılar. Böyük ehtimalla, əgər 1953-cü ildə Stalinin ölümündən sonra başlayan liberallaşma baş verməsəydi, o, həbs olunacaqdı. John Pohlmann. Conversations with Vassily Aksyonov. SovLit.net
Siyasi baxışı Vasili Aksyonov qəti anti-totalitarist idi. O, son romanlarından birinin təqdimatında belə demişdi: "Əgər bu ölkədə yenidən Stalinin heykəllərini ucaltmağa başlasalar, mən öz vətənimdən imtina etməli olacam. Başqa yol qalmır".
Əsərləri Vasili Aksyonovun "Moskva saqası" trilogiyası, "Yanıq", "Krım adası" romanları, "Mərakeşdən portağallar", "Mənim babam heykəldir" povestləri və sairə əsərləri var.
Vəfatı Vasili Aksyonov 6 iyul 2009-cu ildə 76 yaşında Moskvada vəfat edib və Vaqankovo qəbiristanlığında dəfn olunub.
İstinadlar Kateqoriya:Rus yazıçılar Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Kazanda doğulanlar Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni kavalerləri Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri