SEO — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesidir.
Axtarış sistemlərinin optimallaşdırılması** (**SEO**) veb-saytların və veb-səhifələrin ümumi fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş təcrübələr toplusudur SEO ödənişli reklamdan fərqli olaraq, ödənişsiz axtarış nəticələrindən əldə edilən trafikin həcmini və keyfiyyətini artırmağa yönəlir. SEO veb, şəkil, video, xəbər, akademik və şaquli axtarış sistemləri, eləcə də süni intellektlə dəstəklənən axtarış interfeysləri daxil olmaqla müxtəlif axtarış formatlarına tətbiq edilir.
SEO adətən daha geniş rəqəmsal marketinq strategiyasının bir hissəsi kimi istifadə edilir və istifadəçi sorğuları üzrə axtarış nəticələrində mövqeləri yaxşılaşdırmaq məqsədilə texniki infrastrukturu, məzmunun uyğunluğunu və nüfuz göstəricilərini optimallaşdırmağı əhatə edir. SEO-nun məqsədi məlumat, məhsul və ya xidmətləri aktiv şəkildə axtaran istifadəçilərin fəallığını və konversiyaları artırmaqdır.
Tarixçə
Vebmasterlər və məzmun təminatçıları 1990-cı illərin ortalarından etibarən axtarış sistemləri ilkin Vebi (World Wide Web) kataloqlaşdırmağa başladığı dövrdə veb-saytları axtarış sistemləri üçün optimallaşdırmağa başladılar. Axtarış sistemlərinin istifadəçiləri bir səhifəni URL sorğu kimi daxil edir, daha sonra isə həmin səhifə axtarış sisteminin indeksində varsa, orada yerləşdirilən məlumatları əldə edirdilər.
ALIWEB və axtarış sistemlərinin ən erkən versiyalarında veb-saytların axtarış nəticələrində görünməsi üçün sayt sahiblərindən veb-saytın indeks fayllarını əl ilə yükləmələri tələb edilib. Bu sistemlər istifadəçi sorğularını sıralamaq üçün hər hansı reytinq alqoritmindən istifadə etməyiblər.
Avtomatlaşdırılmış veb-skanerlərin ortaya çıxması isə sonradan veb-saytları proaktiv şəkildə aşkar etmək və indeksləşdirmək üçün istifadə olunmasına səbəb olub. Bu, veb-sayt sahiblərini axtarış nəticələrində daha çox görünməsi üçün saytların axtarış siqnallarını optimallaşdırmağa, o cümlədən meta teqlərdən istifadə etməyə sövq ediblər.
Keçmiş sənaye analitiki və hazırda Google şirkətində çalışan Danny Sullivan tərəfindən 2004-cü ildə yazılmış məqaləyə əsasən, “search engine optimization” (axtarış sistemlərinin optimallaşdırılması) ifadəsi 1997-ci ildən istifadə olunmağa başlanılıb. Sullivan bu terminin populyarlaşmasında SEO mütəxəssisi Bruce Clay-i bu ifadəni ilk məşhurlaşdıran şəxslərdən biri kimi qeyd edir. See Google groups thread .
Bəzi hallarda ilkin axtarış alqoritmləri müəyyən HTML atributlarına daha çox çəki verirdi. Bu isə veb məzmun təminatçılarına axtarış nəticələrindəki reytinqlərini manipulyasiya etmək imkanı yaradırdı. Hələ 1997-ci ildən etibarən axtarış sistemi təminatçıları bu cür fəaliyyətlərin qarşısını almaq üçün öz alqoritmlərini dəyişdirməyə başlayıblar. Nəticədə, axtarış sistemləri səhifənin məqsədini daha dəqiq müəyyənləşdirməyə imkan verən ölçülərdən, o cümlədən semantik axtarışdan istifadə etməyə başlayıblar.
İstinadlar
Kateqoriya:İnternet terminləri Kateqoriya:SEO Kateqoriya:Rəqəmsal marketinq Kateqoriya:Veb-analitika Kateqoriya:Onlayn reklamçılıq Kateqoriya:Təşviq və marketinq kommunikasiyaları