Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində struktur. Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 oktyabr 1992-ci il "Müstəqil Dövlətlər Birliyinin IV Ordu Qarnizonunun "Döyüş Şöhrəti" Muzeyinin təhvil alınması haqqında 418 n-li əmrinə əsasən" 10 dekabr 1992-ci ildə təşkil olunub və fəaliyyətə başlayıb.

Direktorları

Fondlar Muzeyin açıq səma altında ekspozisiyası 12 iyul 2004-cü ildə yaradılmışdır. Bu gün muzeyin açıq səma altındakı ekspozisiyasında müxtəlif qoşun növlərinə aid hərbi texnikalar nümayiş olunur. Belə ki, Quru Qoşunlarına aid 32 ədəd döyüş texnikası- 5 ədəd tank, 5 ədəd zirehli transportyor, 2 ədəd piyadaların döyüş maşını, 2 zirehli kəşfiyyat keşik maşını və 18 ədəd özüyeriyən və qoşqulu artilleriya qurğuları , Hərbi Hava Qüvvələrinə aid 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə Qüvvələrinə aid 3 dəst Zenit Raket Kompleksi, eləcə də Hərbi Dəniz Qüvvələrinə aid 79 ədəd müxtəlif növ silah və hərbi texnikalar, ümumilikdə isə 132 adda müxtəlif təyinatlı eksponatlar sərgilənir.

Muzeyin daxili ekspozisiyasında "Qədim və Erkən Orta Əsrlər dövrü", "Xanlıqlar dövrü", "1801–1918-ci illər", "1918–1920-ci illər", "1920–1939-cu illər", "1939–1945-ci illər", "1946–1991-ci illər", "1992–2008-ci illər", "44 günlük müharibə", "Heydər Əliyev və Ordu Quruculuğu", "Quru Qoşunları", "Hərbi Dəniz Qüvvələri", "Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri" ilə bağlı zallar fəaliyyət göstərir.

Qeyd: Muzey Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, Qızıl Şərq hərbi şəhərciyi 13 ünvanında yerləşir. Muzeyə ziyarət tamamilə ödənişsizdir. Muzey həftə içi 5 gün, saat 9:00-dan saat 17:00-a qədər fəaliyyət göstərir. Nahar fasiləsi; 13:00 - 14:00

Kitabxana

Foto qalereya

İstinadlar

Kateqoriya:Azərbaycan Silahlı Qüvvələri Kateqoriya:Salyan kazarması Kateqoriya:Hərb tarixi muzeyi Kateqoriya:Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları